“Ənfal” və “Tövbə” surələri
(Fazihə, əzabul cus və………)
-1-Əbi Bəsir rəvayət edir ki, İmam Sadiq (ə) belə buyurur: Ənfal və tövbə surəsini ayda bir dəfə oxuyan şəxsin qəlbində nifaq olmaz və o Əmirəlmöminin Əlinin(ə) şiələrindən olar.
-2-Ubəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edir ki: Hər kəs Ənfal və Bəraət (Tövbə) surəsini oxusa, Qiyamət günündə ona şəfaət, şəhadət verərəm. O nifaqdan uzaqdır. Dünyadakı münafiqlərin sayı qədər ona həsənə (savab) verilər. Onun on günahı götürülər (silinər) on dərəcə onun dərəcələrinə artırılar.
Ərş və rəşi həml edənlər yaşadığı müddətdə onun üçün rəhmət tələb edərlər. Qiyamət günü xalqın hesabı qurtarana kimi Behişt süfrələrindən (yeməklərindən) yeyər.
3-Ubəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edib ki, Həzrət belə buyurdu: Ənfal və Bəraət surəsini oxuyan şəxsə şəfaətçi olacağam…. Hədisin sonuna qədər ki, onu Ənfal surəsinin başlanğıcında qeyd etdik. İmam Sadiq (ə) buyurdu: Ənfal və Bəraət ikisi bir surədir. Bu mətləb həmçinin Səid ibn Musəyybdən də rəvayət olunub. Səələbi özünün söylədiyi sənədlər (hədislərə) əsalanaraq Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edir ki, Həzrət belə buyurdu: Quran ayə-ayə hərif-hərif nazil oldu, amma Bəraət və Qulhuvəllahu əhəd surəsi yetmiş cərgə mələklərlə bütövlükdə mənə nazil oldu. Onların (surələrin) hər biri deyirdilər: Ey Muhəmməd (s.ə.v.v) Allaha yaxınlaşmaq barəsində yaxşılığa sifariş et.
Aşağıda zikr edilən ayədə yeddi xüsusiyyət vardır: 1-İzzət; 2-Rəfət (ucalıq); 3-Vüsət; (bolluq), 4-Nemət və hikmət (böyüklük), 5-Məəhəbbət, 6-Qüvvət, 7-Qüdrət. Onu 66-dəfə ya 48-dəfə təkrar edin. Ayə: "Həsbuyəllahu la ilahə illa huvə ələyhi təvəkkəltu və huvə rəbbul ərşil-əzim."(Tövbə-129)
Vəsvəsəni, narahatlığı, və pis güman (sui zənn) rəf etmək (uzaqlaşdırmaq) üçün bu ayələri oxuyub özündə saxla.
Ayə: "Və iza Qərəətəl Quranə cəəlna bəynəkə və bəynəl-ləzinə la yuminunə bilaxirəti hicabən məsturən. (45) Vəcəəlna əla qulubihim vəqrən, və iza zəkrətə rəbbəkə fil Qurani vəhdəhu vəlləvə əla ədbarihim nufurən" (İsra-46)
"Fəin təvəlləv fəqul həsbiyəllahu la ilahə illa huvə ələyhi təvəkkəltu və huvə rəbbul ərşim əzim. (Tövbə-129)."
Dostları ilə paylaş: |