“Kafirun” surəsi
(Əlcuhd)
1-İmam Sadiq (ə) buyurdu: Bir kəs özünün vacibi namazlarında "Qul ya əyyuhəl kafiriun" və "Qul huvəllahu əhəd" surələrini oxusa, Allah onu, ata-anasını və onların övladlarının hamısını bağışlayar. Əgər o bədbəxtlərdən olmuş olsa, onun adını onların dəftərindən pozub, xoşbəxtlərin dəftərinə yazar, bu dünyada ona səadət bəxş edib, onu şəhid kimi öldürər, və şəhid kimi məşhur edər.
2-Übəyy ibn Kəbdən nəql olunmuş hədisdə yazılıb ki, hər kəs Kafirun surəsini oxusa, Quranın dörddə birini oxumuş şəxs kimi olar, Şeytanın nökərləri ondan uzaq şirkdən pak, böyük divin qorxusundan amanda qalar.
Cümə günü sübh namazından sonra günəş çıxmazdan əvvəl Kafirun surəsini on dəfə oxu və yüz dəfə bu tərzdə salavat göndər "Əllahummə səlli əla Muhəmmədin ummi və alihi və səlləm", hər hacətin olmuş olsa, hasil olar.
Dostları ilə paylaş: |