Гур`анла мүалиҹӘ



Yüklə 1,02 Mb.
səhifə95/97
tarix02.02.2022
ölçüsü1,02 Mb.
#114162
1   ...   89   90   91   92   93   94   95   96   97

Fələq” və “Nas” surəsi


(Muəvvəzətəyn)

1-İmam Baqir (ə) buyurdu : Hər kəs Vətr namazında "Qul əuzu birəbbil fələq""Qul əuzu birəbinnas" (muəvvəzətəyn) surələrini "Qul huvəllahu əhəd" surəsi ilə oxusa, o şəxsə belə xitab olunar. Ey Allahın bəndəsi sənə muştuluq veririk Allah sənin vətr namazını qəbul etdi.

2-Übəyy ibn Kəbdən nəql olunmuş hədisdə yazılıb ki hər kəs "Qul əuzu birəbbil fələq""Qul əuzu birəbbin-nas" surələrini oxusa, bilki Allah tərəfindən nazil olmuş bütün kitabları oxumuş kəs kimi olar. Uqbə ibn Amirdən rəvayətdə deyir: Allahın Rəsulu (s.ə.v.v.) belə buyurdu: Mənə misli olmayan ayələr nazil olmuşdur. O ayələr muəvvəzətəyndir. (Bu rəvayəti Müslüm özünün Səhih kitabında da nəql etmişdir). Uqbədən (s.ə.v.v.) belə rəvayət edib. O həzrət buyurdu: Ey Uqbə Quranda ən fəzilətli iki surəni sənə öyrətməyimmi? Dedim: Ya Rəsuləllah bəli öyrədin! Beləliklə o həzrət muəvvəzətəyni mənə öyrətdi, sonra onu sübh namazında oxudu və buyurdu: Onu (muəvvəzətəyni) yatan və ytağından qalxan zaman oxu.

3-Fəzl ibn Yəsar deyir: Əbu Cəfərin (ə) belə buyurduğunu eşitdim: Allahın Rəsulunun (s.ə.v.v.) cismində şiddətli ağrılar tapılmışdı. Cəbrail və Mikail (ə) o həzrətin xidmətinə gəldilər. Cəbrail (ə) o həzrətin baş tərəfində Mikail (ə) isə onun ayaq tərəfində oturdu. Beləliklə Cəbrail (ə) "Qul əuzu birəbbil fələq" surəsini Mikail isə "Qul əuzu birəbbin-nas" surəsini oxuyub o həzrəti dua etdilər və Allaha sığındılar.

Pis adət olan vasvaslığı aradan qaldırmaq üçün ərəb ayının on dördündə Nas surəsini bir qaba yazıb onu yuyub, o qabdan su için və onunla dəstəmaz alın. İnşaallah tezliklə vasvaslıqdan nicat tapar.

Deyirlər əgər Həmd və muəvvəzətəyni müqəddəs türbətlə yazıb, qadın və kişiyə içirtsəniz qadın oğlan uşağına hamilə olar. Əsəb xəstəliyini müalicə etmək üçün çoxlu nüsxələrdənbir neçəsini burada qeyd edirəm.

1-Rəvayət olunub ki, Həzrət İmam Rza (ə) bir şəxsin əsəb xəstəliyinin təsirindən bihuş olduğunu gördü. İmam qabda su gətirilməsini tələb etdi. Sonra həzrət Həmd, İxlas, və Muəvvəzətəyn (fələq və nas) surələrini o suya oxudu və suyu onun başına səpdi, beləliklə də o kişi ayıldı. Əgər bir şəxs əsəb xəstəliyinə düçar olsa, bu surələri (Həmd, İxlas, Fələq, Nas) yazıb özündə saxlasa şəfa tapar.

2-İmam Muhəmməd Baqirdən (ə) nəql olunmuş ayrı bir hədisdə yazılıb ki, xəstənin yanında əyləşib Həmd, Fələq, və Nas surələrinin hər birini on dəfə bihuş olmuş xəstəyə oxusanız, o ayılar.

3-Bu xəstəliyə qarşı ər-Rəhman surəsini kağıza yazaraq, “Ayətəl-kürsü”nü isə onun haşiyəsində yazıb özünüzdə saxlayın.

4-Ləyl surəsini əsəb xəstəliyinin təsirindən bihuş olmuş adamın qulağına oxusanız ayılar.

5-Cin surəsini oxuyub əsəbdən bihuş olmuş şəxsə tərəf üfürsən o ayılar.

6-Bu ayəni oxusan və yaxud yazıb onun suyunu içsən əsəb xəstəliyin sağalar.

Ayə-"Bismillahir-rəhmanir-rəhim. Fəxələfə min bəədihim xəlfun əzaus-səlatə vəttəbəuş-şəhəvati fəsəvfə yəlqunə ğəyyən." (Məryəm 59) "Və səlləllahu əla Muhəmmədin və alihi əcməin."

Yeddi ədəd mərci böyüklüyündə həb, yeddi ədəd qara dənə və yeddi damcı balı suda yaxud yağda qarışdırın. Sonra isə Həmdi, Muəvvəzətəyni “Ayətəl-kürsü”nü, Hədid surəsinin əvvəlinidən (1-ci ayədən 5-ci ayəyə )"tərcəul umur" -a qədər və Həşr surəsinin (21-ci) "Ləv ənzəlna " ayəsindən həmin surənin sonuna qədər düzəltdiyiniz məcuna oxuyun və sonra onu için. İnşaallah şifa taparsınız.



"Məkarimul-əxlaq" kitabında yazılıb ki, bütün xəstəliklərə və dərdlər xatir bu ayələri bir kağıza yazın və xəstə şəxsin paltarına bağlayın inşaallah şifa tapar.

"Bilhəqqi ənzəlnahu və bilhəqqi nəzzələ vəma ərsəlnakə illa mubəşşirən və nəzirən."(əl-İsra-105) "Və nunəzzilu minəl Qurani ma huvə şifaun və rəhmətun lilmuminin". (əl-İsra-82) "Vəma Muhəmmədun illa rəsulun qəd xələt min qəblihir-rusulu, əfəin matə əv qutilə inqələbtum əla əəqabikum . Vəmən yənqəlib əla əqibəyhi." (Ali-İmran-144) "Və amənu bima nuzzilu əla Muhəmmədin və huvəl həqqu min rəbbihim, kəffərə ənhum səyyiatihim və əsləhə baləhum ". (Muhəmməd-2) "Makanə Muhəmmədun əbaəhədin min ricalikum və lakin rəsuləllahi və xatəmən-nəbiyyin." (əl-Əhzab-40) "Vəlləzinə məəhu əşiddau ələl kuffari ruhəmau bəynəhum, tərahum rukkəən succədən yəbtəğunə fəzlən minəllahi və rizvanən simahum fivucuhihim min əsəris-sucudi. Zalikə məsəluhum fittəvrati və məsəluhum fil incili kəzərin əxrəcə şətəhu".(əl-Fəth –29) " Və mubəşşirən birəsulin yəti min bəədi ismuhu əhməd. Fələmma caəhum bilbəyyinati qalu haza sihrun mubin" (əs-Səf-6) ."Vələv ənnə Quranən suyyirət bihil cibalu əv quttiət bihil ərzu əv kullimə bihil məvta .Bəl lillahi əmru cəmiən"(ər-Rəd-31). "Əlməlikul yəvmə lillahil vahidil qəhhar" (Ğafir-16) Və sonda bunu desin, "Bismillahi əlməktubi əla sabiqil-ərşi. "

Bəd nəzəri dəf etmək üçün əllərini üzünün müqabilində tutub, Həmd, Tovhid, və Muəvvəzətəyn surələrini oxusun, və əllərini üzünə çəksin.

Rəvayətdə yazılıb; bir nəfər qızdırmadan İmam Sadiqə (ə) şikayət edib dedi bir aydır ki, qızdırıram. Təbiblərin dediklərinə əməl etdim, ancaq qızdırmam düşmədi. Həzrət buyurdu: Köynəklərinin düymələrini aç, başını köynəyinin içinə daxil edib azan və iqamə de, sonra yeddi dəfə Həmd yeddi dəfə Fələq və yeddi dəfə Nas surəsini oxu. O şəxs dedi: İmamın dediyi kimi etdim elə bil ki, zindandan azad oldum.

Dünya malı kəsb etmək (əldə etmək) üçün bu surələri, (Şəms, Ləyl, Kafirun, Tovhid, Fələq, Nas ) yeddi dəfə oxusun, və sonra desin: "Allahumməcəl li fərəcən və məxrəcən."

Hacətlərinizin qəbul olunmasına xatir ömrünüzdə bircə dəfədə olsa bu xətmə əməl edin:

Şənbə günü Fəth surəsini on dəfə oxuyun. Yekşənbə günü (bazar) Yasin surəsini on dörd dəfə, duşənbə günü (birinci gün) Vaqiə surəsini on dörd dəfə se şənbə günü (ikinci gün) Ərrəhman surəsini on dörd dəfə, çaharşənbə günü (üçüncü gün) Qul uhiyə (Cin) surəsini on dörd dəfə pəncşənbə günü (dördüncü gün) Təbarək (Furqan) surəsini on dörd dəfə, cümə günü Əlif-lam-mim səcdə (Səcdə) surəsini on dörd dəfə oxuyun, və bu surələri oxuyanda onların hər birisini bir məsuma hədiyyə edin. Şübhəsiz ki, hacətiniz qəbul olunacaq., inşəaallah.

Bir şəxs sinə atrısından İmamların (ə) birinə şikayət etdi, Həzrət buyurdu: Qurandan şifa tələb et (al). Çünki Allah Quranda özü buyurur: "Sinədə olanların (dərdlərin) şifası (dərmanı) Qurandır". Məkarim-Əxlaq kitabında yazılıb ki, sinə ağrısı üçün aşağıdakı ayəni oxuyub ona üfürün.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin