Гур`анла мүалиҹӘ



Yüklə 1,93 Mb.
səhifə1/30
tarix21.10.2017
ölçüsü1,93 Mb.
#7228
  1   2   3   4   5   6   7   8   9   ...   30





Qur`anla dərman
http://ehliwie-samux.com

Məhəmməd Rza Kərimi Bəxtiyari



Kitabın adı: ............................................"Qur`anla dərman"

Müəllif: ......................... Məhəmməd Rza Kərimi Bəxtiyari

Mütərcim: ............................................................. Ə. Qasımzadə

Naşir: ......."Əsre rəhayi"

Tiraj: .......5000

Çap növbəsi:.......................................................................Birinci

ISBN:… ........964-2760-11-x

Əl-qur`anu əhdullahi ila xəlqihi

Giriş:
Bağışlayan və mehriban Allahın adı ilə .

Əziz oxucu bu kitab vasitəsi ilə sizinlə əlaqə yaratdığıma görə xoşbəxtəm. İndi isə sizin dərdlərinizi (xəstəliklərinizi) bütün dərdlərin dərmanı olan Qur`anla müalicə edib, onun qarşısında sizin reaksiyanızı görüb eşitmək istəyirəm. Cavanlığın ilk anlarında bu müqqəddəs kitabın (Qur`anın) güclü tə`sirini hiss etdiyim halda, səni onda olan sirrlərdən agah etməməyimə heyfim gəlir. Cavanlıqda Qur`anla bir müddət ünsiyyət tapmışdım, Lakin onun surələrini savab üçün oxuyardım, nəhayət bir hədis mənim yadıma düşdü ki, (əl-qur`anu dəvaun) Yə`ni Qur`an dərdlərə dərmandır. Məhz elə buna xatir, Qur`anı dərdlərimin dərmanı üçün oxumağa başladım, və onun gözəl nəticələrini müşahidə etdim.

Bəli: Allaha qovuşmaqlıq yolunda maraqlı müsibətlər doludur. Bu yolda (arif) Allahın istəyi ilə bütün fikrini ona tərəf yönəldərək, ona yaxınlaşmaqda çalışır, və onun yolunda qərq olur. Amma tez ötüb keçəsi deyil, bəlkə onun böyük əzəməti haqqında fikirləşmək, onu dərmansız (müalicəsiz) dərdə giriftar edər ki, onun əlacını bu kitabda tapacaqdır. İnşa-Allah.

Bu xəstəliyin əlamətlərini deyəcəyəm: ki, ona mübtəla olan fərd onu (bu kitabı) oxumağı özünə lazımlı bilsin. ‎Gözlər çuxura düşübdür, və yanaqları isladan təkcə göz yaşlarıdır. sanki elə bil xəstənin bədəni quruyub, və gözləri bir nöqtəyə dikilmişdir. Bu əməl diqiqələrlə davam edir. Çox ağlayır. Necəki Pərvərdigarından xəbər gətirirlər, təbəssüm edir. Bə`ziləri çox şiddətlə ağlayırlar. (Nəfəs sinədə həbs olub, ya Allah deyəndə ah çəkir). Bu dəqiqələr insanın ömrünün ən şirin dəqiqələridir. Başqalarınının şadlığında qəmgindir, ancaq bu qəmginliyini gizlədib, təbəssüm edir. Bütün bədən üzvüləri süstləşib, və yuxusuzluqdan əziyyət çəkir. (Bədən) yorulub ancaq onun ağılı bu dəqiqələri sevir, və həqiqətən bu anlar ən şirin anlardır ki; "Gecə yarısının razu-niyazı yüz dərdə dəvadır." Sabit qiyafəsi yoxdur, və hər saniyə qiyafəsi dəyişməkdədir. Bu Allahı arzulayan şəxs üçün adi bir işdir. Çünki özünün ən əzəmətli (Allahın) müqabilində dayandığını dərk edir. Pərvərdigarının adını deyəndə, onu başqa işə məcbur etməyin. Çünki, bu zaman onun nəbzi (ürəyi) dayana bilər. Allahı arzulayan dostunuz bu dəqiqələrdə qorxulu bir vəziyyətdə qərar tapmışdır. Bu anlar onun xaric olmaq vaxtına yaxındır. Necəki, İlahinin adını ona pıçıldadınız, xəstəliyi şiddətlənəcəkdir. Dostunuzun vidalaşmağı istəmirsinizsə, (metod) Allahın çoxlu adlarını deyin, və onun İlahini onların arasında yerləşdirin. Bunları deməkdən məqsəd budur ki, onu eşitməyə hazırlayın, qəflətən onun İlahinin adını ona deməyin. Biz bu dərmanlardan istifadə etmişik, və onlardan çoxlu faydalar almışıq. Sizidə bu dərmanlardan istifadə etməyə də`vət edirik ki, özünüz onun ali nəticələrini görəsiniz. Allahı arzulayan çox əzgindir, və bu hal onda güclənir. Necədə ali bir dərddir. O (Allahı arzulayan) çox gücsüzdür. Çünki, zəif bir fərd qüdrətli Pərvərdigarın qarşısında dayanmışdır. Allah aşiqini çox zəif və cılız halda müşahidə etdim. Lakin, ölümündən sonra onu yuxuda Behiştin ən tanınmış fərdlərindən biri olduğunu yuxuda gördüm. Bu dərmansız dərdin müalicəsi Qur`andır və yenədə Qur`andır Qur`an.

Üslub: Əgər Allaha tərəf getmək istəsən ağsaqqal və yaşlı Allah aşiqləri ilə məşvərət (məsləhət) et. Çünki dünya görmüş Allah aşiqləri, "İlahini" bizə lazımınca tanıtdırırlar. Bu işdə yaşlı qadınları seçin. Çünki onlar daha yaxşı bələdçidirlər.

Çoxlu Qur`an oxumaq və həmişə salam vermək, Allah aşiqi üçün ən gözəl üslubdur. O vaxt ölüm asanlaşar. İndi isə sizi Qur`anla birlikdə tərk edirəm, ondan faydalanacağınıza ümidvaram. Çünki bu işdə bir an təfəkkür etmək, yüz illik peşimanlıq gətirər. Ey kaş mənim qara bəxtim üçün Qur`an oxumaq neçə yüz bərabər olaydı. Amin.

Nəbiyyi-Əkrəm (s.ə.v.v.) adına dini və İslamı təhqiqat mərkəzi.

Kərimi Bəxtiyari.






Qur`an oxumağın savabı

1-"Qur`andan bacardığınız qədər oxuyun." (Müzzəmmil surəsi-20-ci ayə)

2-Qur`an oxumaq və ona əməl etmək, dərdlərə dərmandır.

(hər bir dərdin özünə münasib nüsxəsi vardır. Bu nüsxə min dərdə dərmandır).

3-Qur`an müəllimləri və gecələr oyaq qalanlar, mənim ümmətimin ən şərafətlisidirlər.

4-Qur`an oxumaq mənim ümmətimin ən şərafətli əməllərindən sayılır.

5-Qur`an oxumaqla öz evlərinizi işıqlandırın. Yəhudi və Nəsranilər kimi onları gorda saxlamayın, ki, Kilsə və mə`bədlərdə namaz qılıb, öz evlərində isə vaxtlarını batil keçirirdilər. Çünki, Qur`an oxunan evdə xeyir-bərəkət artar. O evin əhlinin ruzisi bol olar. Qur`an oxumaq o mənzilə nuraniyyət bağışlayar. Səma, ulduzları dünya əhlinin işıqlandırdığı kimi, səma əhlini nuraniləşdirər.

6-Keçmişin və gələcəyin xəbərləri, və sizin aranızda baş verən, həqiqətlərin hamısı Allahın kitabındadır.

Bu elə bir kitabdır ki, haqq ilə batinin arasında fərq qoyandır, bihudə və ləğvin yox. Onu oxumaqla, xalq batil şeylərə meyllənməz, və dünya alimləri, onun mə`rifət dəryasından doymazlar. Çünki bu asimani kitab, həqiqətlərin sərçeşməsi və hidayətin mənbəyidir. Çoxlu və təkrar-təkrar oxumaqla köhnəlməz, və onun mö`cüzələri tükənməzdir. Bu elə bir kitabdır ki, hər bir sitəmkar əgər onu tərk etsə, Allah onu məhv edər. Hər kəs Qur`andan azca hidayət tapmağa çalışsa Pərvərdigar onu öz başına buraxar, O, (Qur`an) Allahın möhkəm ipi və düzgün yoludur. Hər kəs ona əməl etsə, dəyərini alıb, əbədi savaba nail olacaqdır. Hər kəs onunla (Qur`anla) hökm etsə, ədalətlə davranmışdır, və hər kəs xalqı bu kitaba tərəf çağırsa, düzgün yola də`vət etmişdir.

7-Hər kəsin danışığı Qur`an və evi məscid olsa, Allah-taala Behiştdə onun üçün bir bina qərar verər.

8-Allahla danışmaq istəyən Qur`an oxusun.

9-İmanlı şəxs cavanlıqda Qur`an oxuyursa, Qur`an onun əti və qanı ilə qarışar.




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin