“İsra” surəsi
(Bəni İsrail)
1-Hüseyn ibn Əbil Əladan rəvayət olunub ki, imam Cəfər (ə) belə buyurdu: Bir kəs Bəni İsrail surəsini hər cümə axşamı oxusa imam Zamanın dövrünü dərk etməmiş ölməz, və o Həzrətin dostlarından olar.
2-Übəyy ibn Kə`b Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edir ki, Həzrət belə buyurdu: Bəni İsrail surəsini oxuyarkən ata və ana barəsində olan ayəni oxuyan kəsin ürəyi yumşalsa, Behiştdə ona 2400 peymanə (qab) bərabərində əcr veriləcəkdir ki, hər bir peymanə bütün dünya ne`mətlərindən üstündür. Ayə: "Və Qəza rəbbukə əlla təəbudu illa iyyahu vəbil validəyni ihsanən, imma yəbluğənnə indəkəl kibərə əhəduhuma əv kilahuma fəla təqulləhuma uffin, vəla tənhərhuma və qul-ləhuma qəvlən kərimən." (İsra-23)
Hər bir çətinliyi olan kəs bu ayəni yeddi dəfə ardıcıl oxusa, müşkülü həll olar.
Uşaq gec dil danışanda, bu surəni müşk və zəfərənla yazıb yuyun. Sonra onu uşağa içirsəniz, dili açılar.
******
“Kəhf” surəsi
1-Əhməd ibn Hilal, İsa ibn Əbdullahdan, o da atasından, o isə Əmirəlmö`minindən (ə) rəvayət edir ki, Həzrət belə buyurdu: "Bu ayəni "Qul innəma ənə bəşərun mislikum yuha iləyyə innəma ilahukum ilahun vahidun, Fəmən kanə yərcu liqasə rəbbihi fəlyə`məl əmələn salihən vəla yuşrik biibadəti rəbbihi əhədən." (Kəhf-110) Oxuyan şəxs üçün öz evindən Kə`bə evinə qədər və əgər hərəm əhlindən (Məkkəli) olmuş olsa, onun üçün Beytül Müqəddəsə qədər məsafədə nur çəkilər.
2-Übəyy ibn Kə`b Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edib ki, bu surəni oxuyan kəs səkkiz gün bütün fitnələrdən asudə (rahat) olar. Əgər bu səkkiz gün ərzində Dəccal belə zühur etsə Allah yenə də onu onun fitnəsindən qoruyacaqdır. Hər kəs yatağına girən zaman bu ayəni (Kəhf-110) "Qul innəma ənə bəşərun mislukum"… oxusa, onun yatağından Kə`bəyə tərəf nur saçar, və onun ətrafındakı Mələklər Allahın dərgahından onun üçün yuxudan oyana qədər rəhmət tələb edərlər. Əgər Məkkəli bir kəs bu ayəni oxusa, onun yatağından Beytul-Mə`mura (göyün dördüncü təbəqəsində məscid) nur saçar və yuxudan oyana kimi mələklər Allahın dərgahından onun üçün rəhmət tələb edərlər. Əgər Məkkəli bir kəs bu ayəni oxusa, onun yatağından Beytul-mə`mura (göyün dördüncü təbəqəsində məscid) nur saçar və yuxudan oyanana qədər mələklər Allahın dərgahından onun üçün rəhmət tələb edərlər.
Səmrət ibn Condəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edib ki, hər kəs Kəhf surəsindən on ayə əzbərləsə, Dəccalın fitnəsi ona zərər yetirməz. Əgər bir kəs Kəhf surəsinin hamısını oxusa, Behiştə daxil olar. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Sizə nazil olanda yetmiş min mələklə müşayiət edilən, əzəməti yeri və asimanı əhatə etmiş, surəni göstərməyimmi? Dedilər bəli göstərin. Həzrət buyurdu: O Əshabi Kəhf surəsidir. Hər kəs cümə günü bu surəni oxusa, Allah onu üç gün qarşıdakı cümədən sonraya qədər bağışlayar, və ona elə bir nur əta edər ki, asimana çatar, özüdə Dəccalın fitnəsindən amanda qalar. Vaqidi öz sənədinə əsasən Əbul dərdadan, o da Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edir ki, hər kəs Kəhf surəsinin əvvəlindən on ayə əzbərləsə, Qiyamət günündə onunla bir nur birlikdə olacaqdır. Yenədə Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət olunub ki, bir kəs cümə günü Kəhf surəsini oxusa altı gün bütün fitnələrdən asudə olar, və hətta əgər Dəccal zühur etsə də onun şərrindən amanda olar. Əyyaşi öz sənədinə əsasən İmam Sadiqdən (ə) rəvayət edib ki, hər kəs cümə axşamı Kəhf surəsini oxusa, şəhid kimi dünyadan gedər, Allah onu şəhidlərlə birlikdə qaldırar, və Qiyamətdə şəhidlər sırasında dayanar. Borcunu vermək niyyəti ilə bu surəni oxu, inşaallah borcunu ödəyərsən.
Təfsirçilər mə`sumlardan rəvayət ediblər ki, hər kəs bu surənin 110-cu ayəsini oxusa istədiyi vaxt yuxudan oyana bilər. Ayə: Qul innəma ənə bəşərun misluku-ayənin sonuna qədər.
Bu surənin 18-ci ayəsində deyilir: "Və kəlbuhum basitun ziraəyhi bilvəsid." Hər kəs bu ayəni yazıb həmişə özündə saxlasa itdən ona bir ziyan dəyməz.
Səələbi öz təfsirində yazıb ki, Hər kəs gecə-gündüz ərzində Həzrət Nuh (ə)-a bu tərzdə salam göndərsə, "Əssəlamu əla Nuhin filaləmin", bu dünyada əqrəbdən qorunar və o dünyada ona bir zərər dəyməz. İmam Sadiq (ə) atalarından nəql olunmuş rəvayətə əsasən buyurur: Mənim Qur`an olan evdən xoşum gəlir, çünki Allah lə`nətlənmiş divi (şeytan) onun (Qur`anın) səbəbinə o evdən qovar.
İmam Sadiq (ə) buyurdu: Hər kəs Qur`anı çətinliklə öyrənsə, o iki əcrə sahib olacaq. Amma onu asanlıqla öyrənən kəs, yaxşı insanlarla birlikdə olacaqdır.
Əgər bir kəs bir işi yerinə yetirmək istəsə və yaxud istəməsə bu ayəni oxusun: "Əfəhəsibəlləzinə Kəfəru ən yəttəxizu ibadi min duni əvliyai inna əətədna cəhənnəmə lil kafirinə nuzulən" (Kəhf-102). Sonra desin: "Allahumə səlli əla Muhəmmədin və ali Muhəmməd və ərini bəyazən və humrən." və yuxulasın. Əgər yuxuda ağ bir şey görsə, o işi yerinə yetirin, amma əgər yuxuda qırmızı və yaxud qara şey görsə, o işi etməsin.
Qızdırması olan bir kəs yatan zaman aşağıdakı ayəni yazıb yastığının altına qoysa, qızdırması azalar. "Əm həsibtə ənnə əshabəl kəhfi vərrəqimi kanu min ayatina əcəbən iza əval fitnətu iləl kəhfi fəqalu rəbbəna atina minlədukkə rəhmətən və həyyi ləna min əmrina rəşədən." (Kəhf 8-9)
Dostları ilə paylaş: |