“Fəth” surəsi
İmam Sadiq (ə) buyurdu: Malınızı həyat yoldaşlarınızı, və qullarınızı Fəth surəsini oxumaqla məhv olmaqdan qoruyun, və sığorta edin. Çünki hər vaxt onu oxuyan bu surəni çox oxuyan kəslərdən olsa, Qiyamət günündə Allah tərəfindən carçı bir dəstəyə elə nida edər ki, bütün camaat eşidər, o deyər: Sən mənim xüsusi bəndələrimdən olmusan, onu mənim ləyaqətli bəndə-lərimə qovuşdurun, onu həmişəlik olan Behiştə daxil edin, əl dəyməmiş və Behişt kafuruna qarışdırılmış dadlı şərbətlərlə onu sirab edin.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Fəth surəsini oxusa, mənimlə Məkkənin fəthində iştirak etmiş, kəs kimidir. Başqa bir rəvayətdə gəlib ki, O, Həzrət Məhəmmədlə (s.ə.v.v) ağacın altında be`yət etmiş kəs kimdir. Ömər ibn Xəttab deyir: Səfərlərin birində Peyğəmbər-Əkrəmlə (s.ə.v.v) birlikdə idik, Həzrət buyurdu: Dünən gecə mənə elə bir surə (İnna fətəha.. axıra kimi) nazil oldu ki, dünyada və onun içindəkilərdən daha yaxşıdır. Bu rəvayəti Buxari öz səhihində (kitabında) qeyd edib. Qutadə Ənəsdən nəql edir ki, Hüdeybiyyə müharibəsindən qayıtdığımız vaxt, Həcc əməlini yerinə yetirməyimizin qarşısını aldılar. Bu hadisədən bizim hamımız çox qəmgin və narahat idik ki, gözlənilmədən Allah bunu nazil etdi. "İnna fətəhna ləkə fəthən mubinən." Allahın Peyğmbəri (s.ə.v.v) buyurdu: Mənə elə bir ayə nazil oldu ki, nəzərimdə bütün dünyadan üstündür.
Cismi (can) ağrılar üçün bu ayələri yazıb onu yuyub, suyunu için, və yaxud bunları özündə saxlayın. "İnna fətəhna ləkə fəthən mubinən. Liyəğfirə ləkəllahu ma təqəddəmə min zənbikə vəma təəxxərə və yutimmə ne`mətəhu ələykə və yəhduyəkə siratən mustəqimən. Və yənsurəkəl-lahu nəsrən əziəzən." (Fəth-1-3).
Şənbə günündən başlayıb, hər gün beş dəfə bu surəni oxusun, və cümə günü bunu on bir dəfə oxusun, və hər dəfə oxuyub qurtardıqdan sonra "İza ca`ə nəsrullah"-ı bir dəfə oxusun. Axırıncı dəfəni oxuyub, Allahdan öz hacətini istəsin. (Çox təcrübə olunub).
"Ya mufəttihu yəssir. Ya mufərricu səhhil.Ya mutəmmimu təmmim. Birəhmətikə ya ərhəmər-rahimin."
(Ömrünüzdə bir dəfə bu xətmi (surəni) yerinə yetirin).
Ya qüsl edin qırx bir gün hər gün qırx bir dəfə oxusun. Birinci, ikinci, üçüncü, otuzuncu, qırx və qırx birinci günləri oruc tutsun. Qırx birinci gündə isə işriyyat ilə iftar edib (yemək yeyib), sədəqə versin.
Yaxud Şənbə günündən başlayıb birinci gün bir dəfə, Çərşənbə axşamı günündən başlayıb birinci gün bir dəfə, ikinci gün iki dəfə, üçüncü gün üç dəfə qırx birinci günə kimi davam edib, ikinci, üçüncü, otuzuncu, və qırx birinci günləri oruc tutub, sədəqə verməyi unutmasın.
Fəth surəsinin əvvəlindən "İnna fətəhna"dan başlayıb yeddinci ayəyə "Əzizən Həkimən"-ə kimi zəfəran suyu ilə bir qızın paltarına yazsan, ona ər tapılar.
“Hucurat” surəsi
İmam Sadiq (ə) buyurdu: Hucurat surəsini hər gecə yaxud, hər gün oxuyan kəs, Məhəmmədin (s.ə.v.v) zəvvarından olacaqdır.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Hucurat surəsini oxusa, Allahı itaət edənlərin, və yaxud onu itaət etməyənlərin sayı qədər ona, on yaxud onu itaət etməyənlərin sayı qədər ona, on həsənə veriləcək.
Hər kəs (sər`) əsəb xəstəliyinə düçar olsa, Hucurat surəsini yazıb özündə saxlasa, lə`nətlənmiş Şeytan oradan qaçar.
“Qaf” surəsi
(Basiqat)
İmam Məhəmməd Baqir (ə) buyurdu: Hər kəs Qaf surəsini vacibi və müstəhəbbi namazlarında oxumağı davam etdirsə, Allah onun ruhisini bol edər, Əməlnaməsini sağ əlinə verib, hesabını asan çəkər.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Qaf surəsini oxusa, Allah onun üçün ölümün çətinliyini asanlaşdırar.
Rizq və ruzinin bol olmasına xatir üç gün üzünü qibləyə tutub bu surəni oxusun çox tə`siri vardır (təcrübə olunub).
Qorxu və hürkünü aradan aparmaq üçün bu surəni yazıb, yağış suyu ilə yuyub, içsin.
Rəvayət olunub ki, hər gün evdə yaxud müqəddəs bir məqbərədə Qaf surəsi oxusa, o evin ya məqbərinin sahibi həmişə dövlətli, izzətli, və xoşbəxt olar, o zillətdən qorunar. Təcrübə olunumlardandır.
Dövlətli olmaq və işlərin düyünlərinin açılması üçün bu ayəni 350 dəfə oxusun ki, təcrübə olunub.
"Qul innəl fəzlə biyədillahi yu`tihi mən yəşa`u Vəllahu zulfəzlil əzim." (Ali-İmran-73)
Bu ayəni gündə on beş dəfə oxusun, əziz olub, ruzisi bol və cah və cəlal (məqam və mənsəb) sahibi olar.
"Ya əllahul məhmud fi kulli fialihi"
Sərvətli olmaq üçün iki rük`ət hacət namazını, bu niyyətlə ki, qadir Allah onun yaşayışını tənzimləyib ruzini bol edər, və elə bir nura bağlıdır ki, qiyamətə qədər işıqlanıb, qəbrini nurlandırar.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Zariyat surəsini oxusa, dünyada sən hər bir küləyin sayı qədər ona həsənə veriləcək.
Hər gün Zariyat və İnşirah surəsini oxuyan kəsin işlərinin sonu xeyrə qovuşar, özünün və ailəsinin ruzisi çoxalar. (təcrübə olunub).
“Tur” surəsi
İmam Sadiq (ə) və imam Baqir (ə) buyurdular: Hər kəs Tur surəsini oxusa, Allah ona dünya və axirət xeyrini əta edər.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Tur surəsini oxusa, Allah onu öz əzabından amanda saxlayar, və Behiştində ona ne`mət verər. Cübəyr ibn Mət`əmdən rəvayət olunub o deyir ki, Allahın Rəsulundan (s.ə.v.v) gün batan çağı Tur surəsini oxuduğunu eşitdim.
Əgər məhbus (zindanda) Tur surəsini daim oxusa, həbsdən azad olar.
Dostları ilə paylaş: |