“Naziat surəsi”
İmam Sadiq (ə) buyurdu: Naziat surəsini oxuyan bir kəs sirab olmamış ölməz, Qiyamətdə sirab olmamış, qaldırılmaz, və sirab olmamış Behiştə daxil olmaz.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Naziat surəsini oxusa, Qiyamət günündə dayandırılacağı və hesabı olunacağı, müddət vacibi namazın vaxtı qədər olacaqdır, axırda isə Behiştə daxil olacaqdır.
İbn Əbbas Allahın Rəsulundan (s.ə.v.v) nəql edir ki, hər kəs Naziat surəsini oxusa, ömrününün əvvəlindən sonuna qədər vacibi namazda məşğul olmuş adam kimidir.
“Əbəsə” surəsi
(əs-Səfər, Ə`ma)
İmam Sadiq (ə) buyurdu: Hər kəs "Əbəsə və Təvəla" və "İzəş-şəmsu kuvvirət" surəsini oxusa xəyanət olunmaqdan himayəsində olar. Həmçinin onun sayəsində kəramətə layiq olar, və Behiştdə məskunlaşar. Bu iş Allahın nəzərində çoxda çətin deyildir.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs Əbəsə surəsini oxusa, Qiyamət günündə üzü gülər və xoşhal halda gələr.
Hər kəs bu surəni yazıb özündə saxlasa, səfərdə çoxlu xeyirlər görər və hacəti qəbul olunar.
Üç gün və hər gündə yeddi dəfə surəni qurumuş çeşməyə oxusan, onun suyu çoxalar. Əgər bir şeyin qoyduğun yerini unutmusansa, bu surəni oxumaqla, Allah yadına salar.
“Kuvvirət” surəsi
(Təkvir)
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: "İzəşşəmsu Kuvvirət" surəsini oxuyan bir kəsin, Allah-taala əməl dəftərini açan zaman rüsvay olmaqdan qoruyar. Əbdullah ibn Ömər deyir: Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Qiyamət günündə hər kəs mənə baxmaq istəyirsə, "İzəşşəmsu Kuvvirət" surəsini oxusun. Əbubəkr də rəvayət edir ki, Məhəmmədə (s.ə.v.v) söylədim Ya Rəsuləllah nə tez qocaldın? Buyurdu: Hud, Vaqiə, Murəsəlat, Əmmə yətəsaəlun, və İzəşşəmsu kuvvirət surələri məni qocaldıb tüklərimi ağartdı. Amma Ənəs ibn Malikdən nəql olunub ki, ondan belə soruşdular. Görəsən Nəbiyyi-Əkrəm (s.ə.v.v) tükünə rəng qoyurdu? O dedi: Qocalıq və tükün ağarması Peyğəmbərin şə`ninə layiq deyil. Sonra deyildi: Ey Əba Həmzə görəsən qocalıq yaxşı deyil? Sizin hamınız qocalığı və tükün ağrımasını sevmirsiniz.
Rəvayət olunub ki, Həzrət Əli (ə) Nəbiyyi-Əkrəmə (s.ə.v.v) qüsl verəndə neçə ədəd ağ tünk o hərzətin saqqalında gördü. Yağış yağanda yüz dəfə onu oxusan hər hacəti qəbul olunması üçün çox tə`sirlidir.
“İnfitar” surəsi
(İnfətərət)
İmam Sadiq (ə) buyurdu: Bir kəs bu iki "İzəs-səmaunfətərət" və "İza-səmaunşəqqət" surəsini oxusa, və bunları vacibi və müstəhəbbi namazlarında dil əzbəri etsə, Allah onu istədiyinə çatdırar və heç bir şey onunla Allah arasında mane yarada bilməz. O həmişə Allahın kəramətlərinə baxar və Allah ona rəhmət nəzəri salar, sonda onun hesabını xalqdan ayırar.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs damlanın sayı qədər yüz həsənə ona əta edib, Qiyamət günündə onun işlərini islah edər.
Həzrət Sadiqdən (ə) nəql olunub ki, hər kəs bu surəni işləri ləng olanda yetmiş dəfə oxusa, işləri qaydasına düşər.
Əgər həbsdə olan bu surəni yetmiş dəfə oxusa, azad olar.
“Mutəffifin” surəsi
(Tərfif və İnşiqaq)
İmam Sadiq (ə) buyurdu: Hər kəs özünün vacibi namazlarında "Vəylun lilmutəffifin" surəsini oxusa, Allah onu Qiyamətdə Cəhənnəm odundan amanda saxlayar, elə bir tərzdə ki, nə od onu görə bilər, və nədə ki, o odu görə bilər, və Cəhənnəmin üstündəki körpüdən keçməz, hesabı elə də çətin çəkilməz.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Mutəffifin surəsini oxuyan kəsi Allah rəhiq məxtumdan (qapağı bağlı qablardan) sirab edər.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs inşəqqət surəsini oxusa, Allah əməl dəftərinin arxa tərəfindən verilməsindən onu qoruyar.
“Buruc” surəsi
İmam Sadiq (ə) buyurdu: Hər kəs "Vəssəmai zatil buruc" surəsini buna xatir ki, o Peyğəmbərlər surəsidir. Məhşərdə və hesab üçün dayandırılanda Peyğəmbərlərlə, göndərilmişlərlə, ləyaqətli insanlarla birlikdə olacaqdır.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Buruc surəsini oxuyan kəsə, Allah bütün cümə və ərəfə günlərinin sayı qədər ona on həsənə əta edər.
Hər kəs bu surəni yatanda oxusa, yuxudan oyanana kimi qorunar. Mənzildən çıxan zaman bu surəni oxuyub mənzilə tərəf pilə ki, mənzil, onu oxuyan və bütün bəlalardan qorusun.
“Tariq” surəsi
İmam Sadiq (ə) buyurdu: Bir kəsin vacibi namazlarda oxuduğu "Əssəma vəttariq" surəsi olsa, Qiyamət günündə Allah yanında məqam və mənsəb sahibi olub, Behiştdə Peyğəmbərlərin (ə) və dostlarının həmdəmlərindən olacaqdır.
Allahın Rəsulu (s.ə.v.v): ət-Tariq surəsini oxuyan kəsə Allah səmadakı ulduzların sayı qədər on həsənə bağışlayar.
Hər kəs bu surə oxunmuş suyu yaranın üzərinə töksə, inşaallah şifa tapar.
Möhtəlim olmamaq (cunub) üçün yatan aşağıdakı ayəni oxusun: "Yəxrucu min bəynissulbi vəttaraib. İnnəhu əla rəc`ihi ləqadir." (Tariq
7-8).
Möhtəlim olmamaq üçün yatanda bu surəni oxusun.
İmam Sadiq (ə) buyurdu: Əgər yatanda Tariq surəsini oxusalar, möhtəlim olmaqdan amanda qarlarlar.
Hacətlərin qəbul olunmasına, və yüksək dərəcələrə nail olmaqdan ötrü bu yeddi surəni həftənin günlərində hər gündə dörd dəfə oxusa mətləbinə çatar, inşaallah.
Şənbə günü Fəth surəsini, yekşənbə (bazar) günü Yasin surəsini, duşənbə, (birinci) günü Vaqiə surəsini, seşənbə (ikinci) günü Ərrəhman surəsini, çahar şənbə (üçüncü) günü Qul uhiyə (Cin) surəsini, pənc şənbə (dördüncü) günü Təbarək (Mülk) surəsini cümə (beşinci) günü isə əlif-lam-mim Səcdə surəsini oxusun.
Həzrət Əmirəl-mö`minin Əli (ə) buyurdu: Hər kəs Qur`andan hansı surəsindən olursa-olsun yüz dəfə oxuyub, sonra Ya Allah desə, əgər daşa belə oxusa Allah o daşı yarar. («Səfinətul bihar» 1-səh-446)
Dostları ilə paylaş: |