Гур`анла мүалиҹӘ



Yüklə 1,93 Mb.
səhifə5/30
tarix21.10.2017
ölçüsü1,93 Mb.
#7228
1   2   3   4   5   6   7   8   9   ...   30

Nisa” surəsi

1-Zərr ibn Cəbiş deyir: Əmirəlmö`minin (ə) buyurdu: Hər kəs Cümə günləri Nisa surəsini oxusa qəbir sıxıntısından amanda qalacaqdır?

2-Übəyy ibn Kə`b Nəbiyyi-Əkrəmdən nəql edib ki, o Həzrət buyurdu: Hər kəs bu surəni (Nisa surəsini) oxusa, elə bil ki, özündən sonra gələn hər bir mö`minə miras sədəqə vermişdir, və onun əcri bir bəndəni (qulu) alıb azad edən şəxsin əcri qədərdir. O şirkdən uzaq olar, və Allahın nəzərində xətasına göz yumulmuş kəslərdəndir.

Ömər ibn Xəttabdan (Raşidin xəlifələrindən rəvayət olunub. O deyib: Bəqərə, Maidə, Həcc, Nur, surələrini öyrənin çünki fərizələr və vacibatlar bu surələrdədir. Əyyaşi (qabaqkı hədisi) Əmirəlmö`minindən də nəql edib.

Əgər bir şəxs bir şəhərdə yaxud kənddə ürəyi sıxıla və darıxa, və o məhəllədən çıxmağı bacarmaya, o dərəcədə ki, heç cür oradan çıxa bilməsə, bu ayəni oxusa, əlbəttə bu ayə onun tezliklə o məhəllədən xaric olmasına səbəb olar. "Rəbbəna əxricna min hazihil qəryətiz-zalimi əhluha, vəc`əl-ləna minlədunkə vəliyyən, vəc`əl-ləna min lədunkə nəsirən." (Nisa surəsi 75).

Hər zaman müəyyən məkanda bir şey itə, bu ayəni yazıb, yağış suyu ilə yusun, və sudan həmin yerə səpsin, əgər Allah istəsə o şey tapılar. "İnnallahə `murukum ən tu`əddul-əmanati ila əhliha. iza həkəmtum bəynən-nasi ən təhkumu bilədl. İnnəllahə kanə səmiən bəsirən" (Nisa surəsi-58)

Çox danışanın sakitləşməsinə xatir, bu ayəni yazıb, ona bağlasanız, az danışar. "La yuhibbullahul cəhrə bissui, minəl qəv`li illa mən zulimə, kanəllahu səmiiən əlimmən". (Nisa surəsi 148).

Allah-taala buyurur: "La yuhibbul-lahil cəhrə bissui minəl qəvli illa mən zulimə kanəllahu səmiiən əliimən". Yə`ni "Allah bir kəsin öz sözləri ilə başqasının pisliklərinin izhar olunmasını (açıqlanmasını) sevmir, məgər ki, o kəs zülmə mə`ruz qalmış ola Allah eşidən və biləndir."

Bu ayəni çox danışan, xudbin və təkəbbürlü, öz danışığı ilə məğrur olan adamın müqabilində, (göz qabağında) yazmaq lazımdır. Əgər onun sakitləşməsini istəsən, bunu oxusan, az danışacaqdır. Və əgər bir kəs bu ayəni ceyran dərisinə yazsa, və özü ilə saxlasa, zalım yaxud Cabbar hakimin yanına getsə, ondan qorxarlar. Bu ayəni təkrar-təkrar oxusan cabbar (təkəbürlü) hakimin şərrindən amanda qalar, və ona heç bir zərər dəyməz.

Əgər bu ayəni müşk, zəfəran, və gülabla yazıb yağış suyu ilə yuyub, onu hakimin üstünə səpsən, ədaləti rəayət edib, doğuruluğa hökm edər.

Bu ayəni, paltarın bir parçasına (yaxasına), yazsınlar, o paltarı cümə axşamı kəsmək, və sonra onu acı dil arvadın evinin astanasında basdırmaq lazımdır. İnşaallah onun dili qısalar.

****

Maidə” surəsi


(Uqudul munizə)
1-Əbul Carud Həzrət Bağırdən (ə) nəql edir ki, imam buyurdu: Hər kəs Maidə surəsini cümə axşamı oxusa, imanı zülmlə qarışmaz və heç vaxt Allaha şərik qərar verməz.

2-Ubəyy ibn Kə`b Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edir ki, hər kəs Maidə surəsini oxusa, Allah-taala yer üzünündəki bütün xiristianlar və yəhudilərin sayı qədər, ona muzd verər. Onun üçün on həsənə (savab) yazırlar, nameyi-əməlindən on günahı məhv olar, və on dərəcə yüksəyə qalxar. Əyyaşi öz mənbəsinə əsaslanaraq Əlidən (ə) nəql edib ki, Qur`anın bə`zi ayələri bə`zilərini nəsx (batil) edirdi. Onun icrası Peyğəmbərin əmri ilə idi, o vaxta qədər ki, Maidə surəsi nazil oldu və qabaqkı hökmlə bağlı olan ayələri nəsx etdi ancaq onun özündən bir şey nəsx olmadı. Bu surə nazil olan zaman Peyğəmbər bir qatıra minmişdi. Vəhyin ağırlığı o dərəcədə idi ki, qatırı hərəkət etməkdən saxladı və çox çəkmədi ki, onu yerə çökdürdü. Peyğəmbər elə bir hala düşdü ki, əlini Şeybət ibn Vəhəbin başına qoydu özünə gələnədən sonra Maidə surəsini bizə oxudu və biz hamımız ona əməl etdik.

Həmçinin əbi Həmzə Sumalidən nəql olunub ki, Maidə surəsi bütövlükdə, kamil surətdə nazil olunub, və onunla Maidə surəsi ilə birlikdə yetmiş min mələk yerə gəldilər.

Hər kəs sübh vaxtı bir söz danışmamışdan qabaq bu ayəni üç dəfə oxusa, həmin gün güman etmədiyi qədər ruzisi çoxalar. "Bismillahir-rəhmanir-rəhim. Rəbbəna ənzil ələyna Maidətən Minnəs-səmai, təkunu ləna iydən liəvvəlina axirina ayətən minkə. Vərzuqna əntə xəyrurraziqin. " (Maidə surəsi-114)

-Birinci gün sübh namazını qıldıqdan sonra dəstəmazlı halda iki rük`ət hacət namazı qılsın. Bu əməli qırx gün üzünü qibləyə tutub yüz dəfə salavat göndərsin və aşağıdakı ayəni (Maidə surəsi-114) əlli dəfə oxusun. Bu ayəni oxuduğu müddətdə heç kəslə danışmasın, işlərin fəth olunmasında bunun çoxlu tə`siri vardır və təcrübə olunmuşdur. Amma ayənin məzmunu: "Rəbbəna ənzil ələyna Maidətən minəs-səmai, təkunu ləna iydən liəvvəlina axirina ayətən minkə. Vərzuqna əntə xəyrurraziqin" (Maidə-114)

-Hər kəs sübh yuxusundan ayıldıqdan, və heç bir söz danışmamışdan əvvəl aşağıdakı ayəni üç dəfə oxusa, o gündə onun ruzisi güman etmədiyi yerdən gələr. Ayə: "Bismillahir-rəhmanir-rəhim. Rəbbəna ənzil ələyna Maidətən minəs-səmai, təkunu ləna iydən liəvvəlina axirina ayətən minkə. Vərzuqna əntə xəyrur-raziqin."

****


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin