“Ə`raf” surəsi
(əl-Məss)
-1-Əbi Bəsirdən rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurub: Ə`raf surəsini hər ayda bir dəfə oxuyan şəxs, Qiyamətdə o kəslərdən olacaqdır ki, Allah-taala buyurur: Onlar qorxmazdır və qəmli olmazlar. Bu surəni həftədə bir dəfə oxusa, hesab kitabı asan tutulan insanlarla bir yerdə olacaqdır. Həmçinin möhkəmatın (aşkar dəlalət edən, başqa mə`nada olmayan ayələr) biri bu sərədədir. Belə isə onu oxumağı tərk etməyin. Çünki, Qiyamət günündə onu oxuyan şəxsə şəhadət verəcəkdir.
-2-Ubəyy ibn Kə`b Nəbiyyi-Əkrəmdən rəvayət etmişdir ki, Allah-taala Ə`raf surəsini oxuyan şəxmlə-şeytan arasında bir pərdə qərar verər və Qiyamət günündə Həzrəti Adəm (ə) ona şəfaətçi olar.
-Hər kəs bu surəni yazıb özündə saxlasa düşməndən amanda qalar və heç vaxt gümrah (yolunu azmaz) olmaz.
-Hər kəs aşağıdakı ayəni oxuyub, az yatmasını Allahdan istəyə həqiqətən istədiyinə nail olar., və həmçinin Şeytandan qorxanda bu ayələri oxuyun.
Ayə: "İnnə rəbbukumullahul-ləzi xələqəsəmavati vəl`ərzə fi sittəti əyyamin sümməstəva ələl ərşi yuğşilləylən-nəharə yətlubuhu həsisən vəşşəmsə vəlqəmərə vənnucumə müsəxxəratin biəmrihi, əla ləhul xəlqu vələmru təbarəkəllahu rəbbul aləmin (54) Ud`u rəbbəkum təzərruən və xufyətən, İnnəhu la yuhibbul mu`tədin (54). Vəla tufsidu fil-ərzi bəədə islahiha vəd`uhu xəvfən vətəməən, İnnə rəhmətəllahi qəribun minəl muhsinin" (Ə`raf 56).
[Bu ayələr səxrə ayələri adı ilə də tanınmışdır].
Yuxu sənə qələbə etməsiş deyə, bu ayəni suya oxu və sonra bəninini onunla yu: Ayə: "Vələmma caə Musa limiqatina və kəlləməhu rəbbuhu qalə rəbbi ərini ənzur iləykə. Qalə lən tərani vəlakinin zur iləl cəbəli cəələhu dəkkən və xərrə Musa səiqən. Fələmma əfaqə Qalə subhanəkə tubtu iləykə və ənə əvvəlul mu`minin. (Ə`raf-143)
********
“Ənfal” və “Tövbə” surələri
(Fazihə, əzabul cus və………)
-1-Əbi Bəsir rəvayət edir ki, İmam Sadiq (ə) belə buyurur: Ənfal və tövbə surəsini ayda bir dəfə oxuyan şəxsin qəlbində nifaq olmaz və o Əmirəlmö`minin Əlinin(ə) şiələrindən olar.
-2-Ubəyy ibn Kə`b Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edir ki: Hər kəs Ənfal və Bəraət (Tövbə) surəsini oxusa, Qiyamət günündə ona şəfaət, şəhadət verərəm. O nifaqdan uzaqdır. Dünyadakı münafiqlərin sayı qədər ona həsənə (savab) verilər. Onun on günahı götürülər (silinər) on dərəcə onun dərəcələrinə artırılar.
Ərş və rəşi həml edənlər yaşadığı müddətdə onun üçün rəhmət tələb edərlər. Qiyamət günü xalqın hesabı qurtarana kimi Behişt süfrələrindən (yeməklərindən) yeyər.
3-Ubəyy ibn Kə`b Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edib ki, Həzrət belə buyurdu: Ənfal və Bəraət surəsini oxuyan şəxsə şəfaətçi olacağam…. Hədisin sonuna qədər ki, onu Ənfal surəsinin başlanğıcında qeyd etdik. İmam Sadiq (ə) buyurdu: Ənfal və Bəraət ikisi bir surədir. Bu mətləb həmçinin Səid ibn Musəyybdən də rəvayət olunub. Səələbi özünün söylədiyi sənədlər (hədislərə) əsalanaraq Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edir ki, Həzrət belə buyurdu: Qur`an ayə-ayə hərif-hərif nazil oldu, amma Bəraət və Qulhuvəllahu əhəd surəsi yetmiş cərgə mələklərlə bütövlükdə mənə nazil oldu. Onların (surələrin) hər biri deyirdilər: Ey Muhəmməd (s.ə.v.v) Allaha yaxınlaşmaq barəsində yaxşılığa sifariş et.
Aşağıda zikr edilən ayədə yeddi xüsusiyyət vardır: 1-İzzət; 2-Rəf`ət (ucalıq); 3-Vüs`ət; (bolluq), 4-Ne`mət və hikmət (böyüklük), 5-Məəhəbbət, 6-Qüvvət, 7-Qüdrət. Onu 66-dəfə ya 48-dəfə təkrar edin. Ayə: "Həsbuyəllahu la ilahə illa huvə ələyhi təvəkkəltu və huvə rəbbul ərşil-əzim."(Tövbə-129)
Vəsvəsəni, narahatlığı, və pis güman (sui zənn) rəf etmək (uzaqlaşdırmaq) üçün bu ayələri oxuyub özündə saxla.
Ayə: "Və iza Qərə`ətəl Qur`anə cəəlna bəynəkə və bəynəl-ləzinə la yu`minunə bilaxirəti hicabən məsturən. (45) Vəcəəlna əla qulubihim vəqrən, və iza zəkrətə rəbbəkə fil Qur`ani vəhdəhu vəlləvə əla ədbarihim nufurən" (İsra-46)
"Fəin təvəlləv fəqul həsbiyəllahu la ilahə illa huvə ələyhi təvəkkəltu və huvə rəbbul ərşim əzim. (Tövbə-129)."
Dostları ilə paylaş: |