GüRCÜstan əraziSİNDƏKİ TÜrk məNŞƏLİ etnotoponiMLƏRİn linqviSTİk xüsusiYYƏTLƏRİ


II FƏSİL GÜRCÜSTAN ƏRAZİSİNDƏKİ TÜRK MƏNŞƏLİ ETNOTOPONİMLƏRİN YARANMA YOLLARI



Yüklə 250,89 Kb.
səhifə11/55
tarix06.01.2022
ölçüsü250,89 Kb.
#112457
1   ...   7   8   9   10   11   12   13   14   ...   55
II FƏSİL

GÜRCÜSTAN ƏRAZİSİNDƏKİ TÜRK MƏNŞƏLİ ETNOTOPONİMLƏRİN YARANMA YOLLARI
2.1. Etnotoponimlərin quruluş xüsusiyyətləri
Gürcüstan ərazisindəki digər qrup coğrafi adlar kimi, etnotoponimlər də dilin struktur qanunauyğunluqlarına tabe olaraq yaranmış, ümumtürk toponimlər sisteminə əsaslanaraq inkişaf edib formalaşmışdır. Leksik-semantik mənalarına görə Gürcüstandakı etnotoponimlər rəngarəng olduğu kimi, formaca və şəkilcə də müxtəlifdir. Təhlilə cəlb etdiyimiz etnonimik materiallardan da göründüyü kimi, bu ərazidəki bəzi etnotoponimlər bircə söz kökündən, bəzisi kök və şəkilçidən, bəzisi isə iki və daha artıq sözün birləşməsindən ibarətdir. Aid olduğu dilin lüğət fonduna daxil olmaqla həmin dilin qanunlarına tabe olan etnotoponimlərin “mənşəcə hansı dilə məxsus olması, quruluşca parçalanması, ayrı-ayrı paralellərin məzmunca açılması və eləcə də həmin komponentlərin tarixi inkişaf prosesində uğradıqları forma-semantik dəyişmələrin öyrənilməsi tədqiqatçılardan xüsusi ehtiyat tələb edir. Çünki əksər hallarda müəyyən bir ərazidə, qonşuluqda yaşayan ayrı-ayrı xalqlara məxsus olan müxtəlif sitemli dillərdə işlədilən formaca eyni olan komponentlərin olması eyni bir toponimin etimologiyasının müxtəlif tərzdə izah edilməsinə gətirib çıxarır. Heç şübhəsiz ki, belə hallarda tədqiqatçı öyrənilən komponentlərlə əlaqədar olan leksik-semantik və fonetik prosesləri bütövlükdə əsas tutmalı, dillərin daxili qanunauyğunluqlarını əsas götürməli və eləcə də müəyyən çərçivə daxilində və ya başqa dildə danışan xalqın tarixi, dini, mifoloji xüsusiyyətlərini, adət və ənənələrini nəzərə almalıdır. Yalnız dəqiq dilçilik təhlili ilə tarixi-etnoqrafik məlumatların vəhdətdə götürülməsi toponimik adların mənşəcə düzgün dəqiqləşdirilib müəyyənləşdirilməsinə gətirib çıxara bilər” [95, s. 39-40].

Geniş işlənmə diapazonuna malik olan etnotoponimlərin dilin leksik sistemdə ayrıca lay təşkil etdiyiyni müşahidə edən tədqiqatçılar strukturca onları müxtəlif şəkildə izah etməyə çalışmışlar. Bu müxtəliflik ilk növbədə etnotoponimlərin morfoloji üsulla yaranması ilə bağlıdır. T.Əhmədova görə oykonimlər morfoloji üsulla deyil, yalnız sintaktik üsulla yaranır: “Toponimlərin ən maraqlı və işlək hissəsini təşkil edən oykonimlər (yaşayış məntəqələrinin adları) yaranma və formalaşma yollarına görə dil qanunlarına, dildə mövcud olan müvafiq modellərə əsaslanır. Azərbaycan dilində sözlər leksik, morfoloji və sintaktik üsulllarla yarandıqları halda, oykonimlərin (eləcə də oronim, adonim və hidronimlərin) əmələ gətirilməsində yalnız sintaktik üsuldan istifadə edilir. Faktlar göstərir ki, Azərbaycan toponimlər sitemində bu dilə məxsus, eləcə də başqa dillərdən keçən ayrı-ayrı leksik vahidlərdən törənən və morfemlərin köməyi ilə düzələn sadə və düzəltmə oykonimlərə (həmçinin də oronim, adonim və hidronimlərə) təsadüf olunur” [46, s. 150].

S.S.Qubayeva belə hesab edir ki, şəkilçilər (-lı4, -lıq4 ) əşya, məkan bildirən sözlərin tərkibində toponim əmələ gətirirsə, onda həmin toponimlər morfoloji yolla yaranan toponimlərdir. Yox, əgər etnonimlərin tərkibində toponimlər əmələ gətirirsə, onda belə toponimlərdə şəkilçiləri ayırmaq haqqında söz gedə bilməz (выделение аффикс в топониме речи быть не может). Həmin halda şəkilçi tərkibində işlənən etnonimə aiddir, toponimə yox [149, s. 99].

Əfqanıstandakı türk mənşəli toponimləri araşdıran R.Eyvazova bu ərazidəki toponimləri quruluşca sadə və mürəkkəb toponimlərə bölür və morfoloji üsulla əmələ gələnləri sadə toponimlər hesab edir. Alim istər toponimiyada, istərsə etnotoponimiyada “sadə toponim” anlayışını şərti götürür və onu aşağıdakı kimi izah edir: “Əslində toponimiyada sadəlik anlayışı yoxdur. Sadə sözlər birbaşa sadə toponimlərə çevrilə bilmirlər. Onların toponimə çevrilmələri üçün ad verilən obyektlərin növlərini bildirən coğrafi nomenlər və ya toponim düzəldən formantlar olmaqla və konstektdən asılı olaraq, lazım olduqda meydana çıxmalıdır. Sadə toponimlər yalnız nisbi mənada sadə sayıla bilər, əslində isə onlar sintaktik üsulla düzəlmiş tam formalı toponim növlərinin ellintik komponentləridir” [40, s. 75-76].

Türkoloji dilçilikdə onomastik vahidlərin morfoloji üsulla, yəni kök və şəkilçi əsasında əmələ gəlməsinə dair müxtəlif fikirlərə münasibətini bildirən A.Qurbanov yazır ki, xüsusi ad düzəldən şəkilçilərin olub-olmaması məsələsində mübahisələr hökm sürür. Fikrimizcə, Azərbaycan dilində mövcud olan leksik və leksik-qrammatik şəkilçilərin bir qismi xüsusi ad düzəltməkdə də iştirak edir. Daha doğrusu, belə bir fikir yürütmək olmaz ki, xüsusi ad əmələ gəlməsində heç bir şəkilçi iştirak etmir. Azərbaycan dilçiliyində belə bir yanlış meyil vardır ki, toponimlərin əmələ gəlməsi tamamilə sırf leksik və semantik hadisələrlə bağlıdır. Burada heç bir morfoloji amil rol oynamır. Müəyyən bir toponimə çevrilmiş söz ona qədər kök və şəkilçi şəklində mövcud olmuşdur. Şübhəsiz, bu fikirdə də həqiqət vardır. Lakin toponim yaradıcılığında sözdüzəldici şəkilçinin rolunu tamamilə inkar etmək səhv elmi nəticələrə aparıb çıxara bilər. Çünki dilimizdə elə faktlara rast gəlinir ki, orada mütləq toponim düzəldən xüsusi şəkilçinin varlığını təsdiq etmək lazım gəlir [86, s. 452-453]. Görkəmli onomatoloq alimin bu fikirləri ilə biz də tam şərikik. Məsələn, Gürcüstan ərazisindəki Muğanlı etnooykoniminin derivatoloji təhlili onun həm -an, həm də -lı şəkilçiləri vasitəsilə yarandığını sübuta yetirir. Bu yer adının etnooykonim kimi çıxış etməsində həmin şəkilçilərin rolu əsasdır. “Buna görə də təkcə toponimlərin deyil, başqa onomastik vahidlərin yaranmasında da dilimizdəki şəkilçilərin rolunu araşdırmaq, onların yaratdıqları məna çalarlarını nəzərdən keçirmək müasir dilçiliyimizin ümdə vəzifələrindəndir”. [86, s. 453]

Gürcüstan ərazisində qeydə alınmış etnotoponimləri sintaktik xüsusiyyətlərinə görə ismi və feili birləşmə modelində formalaşan etnooykonimlər, etnooronimlər, etnohidronimlər kimi qruplaşdırmaq olar. Qrammatika kitablarında qeyd edildiyi kimi, ismi birləşmələr adı altında əsas sözü adlarla və ya substantivləşmiş hər hansı bir sözlə ifadə olunan birləşmələr nəzərdə tutulur. İsmi birləşmələr iki yolla əmələ gəlir: 1) analitik yolla; 2) sintetik yolla. Analitik yolla əmələ gələn ismi birləşmələrdə xüsusi şəkilçidən istifadə olunur. Belə birləşmələrin əmələ gəlməsində əsas rolu söz sırası və intonasiya oynayır. Analitik yolla ismi birləşmələrin əmələ gəlməsində bəzən köməkçi sözlərdən də (qoşmalardan) istifadə edilir. Sintetik yolla əmələ gələn ismi birləşmələrdə şəkilçilər əsas vasitə hesab olunur. İsmi birləşmələrin böyük bir qismi bu yolla əmələ gəlir [1, s. 46-47].

Gürcüstan ərazisində qeydə aldığımız etnotoponimlər arasında həm analitik yolla (Yeni Qızılhacılı, Kürd Əhməd, Aşağı Oruzman, Yuxarı Oruzman, Aşağı Saral, Yuxarı Saral və s.), həm də sintetik yolla (Uruz yaylağı, Uruz qışlağı, Qazan çayı, Azgəyliyən kəndi, Urmeşən kəndi və s.) rast gəlinir.

Qərbi Azərbaycanın toponimlərinin strukturundan danışarkən A.Bayramov onları şərti olaraq iki yerə bölür:




Yüklə 250,89 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin