GüRCÜstan əraziSİNDƏKİ TÜrk məNŞƏLİ etnotoponiMLƏRİn linqviSTİk xüsusiYYƏTLƏRİ


Gürcüstanın türk mənşəli etnotoponimlər lüğəti



Yüklə 250,89 Kb.
səhifə29/55
tarix06.01.2022
ölçüsü250,89 Kb.
#112457
1   ...   25   26   27   28   29   30   31   32   ...   55
Gürcüstanın türk mənşəli etnotoponimlər lüğəti
ABDALLI – Bolnisi rayonunda kənd adı. Mənbələrdə abdel/abadel/abdal kimi qeydə alınmış bu türkdilli tayfa mənşəcə hunlardan sayılır. Hun tayfalarının IV-VI əsrlərdə Gürcüstan ərazisində qüdrətli mövqeləri gürcü mənbələrində öz əksini tapmışdır. Mənbələrdə o da qeyd edilir ki, “abdal” adı “heftal, hental, eftal” etnoniminin fonetik formasıdır. Abdalların Qafqaz Albaniyasında eradan əvvəl yaşamaları ehtimal olunur. Azərbaycanda Abdal/Abdallı adlı 5, Gürcüstanda 3 etnonim qeydə alınmışdır. Ümumiyyətlə, abdal etnonimi Suriya, yunan mənbələrində abdel, aptalit, erməni mənbələrində xental, idpal, ərəb mənbələrində xaytal formalarında yazıya alınmışdır. V.V.Radlov abdal sözünü “qəhrəman, güclü adam”, N.A.Baskakov “əkinçilər tayfası, cütcülər tayfası” kimi mənalandırmışlar.

Yüklə 250,89 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin