GüRCÜstan əraziSİNDƏKİ TÜrk məNŞƏLİ etnotoponiMLƏRİn linqviSTİk xüsusiYYƏTLƏRİ



Yüklə 250,89 Kb.
səhifə3/55
tarix06.01.2022
ölçüsü250,89 Kb.
#112457
1   2   3   4   5   6   7   8   9   ...   55
Tədqiqatın obyekti və predmeti. Qədim və müasir mənbələrdə, sənədlərdə, inzibati ərazi vahidi kitablarında əksini tapan Gürcüstan ərazisində türk mənşəli etnotoponimlər tədqiqatın obyekti – etnotoponimlərin leksik-semantik, morfoloji və sintaktik xüsusiyyətləri tədqiqatın əsas predmetidir.

Tədqiqatın məqsəd və vəzifələri. Gürcüstan ərazisindəki etnonimlər əsasında əmələ gəlmiş etnooykonimlər, etnooronimlər və etnohidronimlər çox zəngin leksik-semantik, morfoloji və sintaktik xüsusiyyətlərə malikdir. Həmin etnotoponimlərin formalaşmasındakı ekstralinqvistik faktorların, linqvistik amillərin tədqiqi, eyni zamanda, onların yaranma və formalaşma yollarını, mənşəyini, türkdilli xalqlar yaşayan ərazilərdəki paralellərin, həmçinin məkrli gürcüləşdirilmə siyasətinin öyrənilməsi olduqca əhəmiyyətlidir. Məhz bu cəhətlər nəzərə alınaraq tədqiqatın qarşısında aşağıdakı məqsəd və vəzifələr qoyulmuşdur:

- Gürcüstan ərazisinin fiziki-coğrafi xüsusiyyətlərini əks etdirən türk mənşəli etnotoponimlərin ümumi səciyyəsini vermək və onların formalaşmasındakı ekstralinqvistik faktorları üzə çıxarmaq;

- Ən qədim mənbələrdə, qaynaq və məxəzlərdə, rəsmi və qeyri-rəsmi sənədlərdə, inzibati ərazi bölgüsü kitablarında əksini tapan etnotoponimləri dəqiqləşdirmək;

- Ərazidə mövcud olan türkmənşəli etnotoponimlərin yaranma yollarını və üsullarını müəyyənləşdirmək, coğrafi terminlərin etnotoponim yaradıcılığındakı rolunu göstərmək;

- Regionun etnotoponimlərinin mənşəyini müəyyənləşdirmək, etnooykonimlərin, etnooronimlərin, etnohidronimlərin leksik-semantik tərkibini təyin etmək;

- Regiondakı türk mənşəli etnotoponimlərin Şərqi Gürcüstanın cənub-qərb hissəsindəki Dmanisi (Başkeçid), Bolnisi (Bolus), Marneuli (Borçalı), Qardabani (Qarayazı) rayonları ərazisindəki paralellərin, o cümlədən türkdilli xalqlar yaşayan ərazilərdəki areallarını müəyyənləşdirmək;

- Ərazinin türkmənşəli etnotoponimlərinin gürcüləşdirilməsi məqsədilə səbəblərini şərh etmək.


Yüklə 250,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin