GüRCÜstan əraziSİNDƏKİ TÜrk məNŞƏLİ etnotoponiMLƏRİn linqviSTİk xüsusiYYƏTLƏRİ



Yüklə 250,89 Kb.
səhifə31/55
tarix06.01.2022
ölçüsü250,89 Kb.
#112457
1   ...   27   28   29   30   31   32   33   34   ...   55
AĞMƏMMƏDLİ – Marneuli rayonunda kənd adı. Debet çayının sağ sahilində, rayon mərkəzindən 17 km cənubda yerləşir. Mənbələrdə qeyd edilir ki, bu etnotoponim əslində Əxi Məmmədli olmuşdur. Ərəb dilində “əxi” sözünün mənası “qardaş” deməkdir. Etnotoponim “qardaş Məmmədin saldığı yurd yeri” anlamındadır.
ALGET – Marneuli rayonunda kənd adı. Fikrimizcə, bu etnotoponim Ələt tayfa adının təhrif olunmuş formasıdır. Məlumdur ki, XIII əsrdə monqolların yaxın şərqə hücumlarında ələt/oyrot tayfası da yaxından iştirak etmişdir. Ələt tayfaları Azərbaycanda, Özbəkistanda, Türkmənistanda da bir çox yer-yurd adlarında izlər qoymuşlar.
AŞQALA – Zalqa rayonunda kənd adı. Etnotoponim “aş” və “qala” sözlərinin birləşməsindən yaranmışdır. As/Az tayfalarının Azərbaycanda, Orta Asiyada, Şimali Qafqazda xeyli izləri qalmışdır. F.Q.Qaripova qeyd edir ki, Volqa boyunda bulqar dövrünü əhatə edən Aşa, Aş-Buzu toponimlərinin türk-xəzər soyları ilə bağlıdır. Cənubi Azərbaycanda, türkiyədə, Ermənistanda as/aş tayfalarının areal toponimlərinə geniş şəkildə rast gəlirik.
AZUKİ – Axısqa rayonunda kənd adı. Bu etnotoponim bəzi mənbələrdə Aziquni kimi qeydə alınmışdır. Bu etnotoponimin də əsasında “az/as” tayfa adı dayanır. Azərbaycandakı Azqanlı (Tovuz), Aşkar (Şamaxı), Aşkalar (Beyləqan) və digər etnooykonimlərin də tərkibində “aş/az” tayfa adı işlənmişdir.
AXISKA – Gürcüstanda rayon mərkəzinin adı. “Ağ” və “sak” komponentləri əsasında düzəlmiş etnotoponimdir. XIII-XV əsrlərdə Mesxetiyanın əsas şəhəri olan Axalsıx mənbələrdə Axsıka, sonra isə Axılka və ya Axıska kimi xatırlanmağa başlayır. XV əsrdə Axıskanı bir müddət Qaraqoyunlular və Ağqoyunlular idarə edirlər.

Yüklə 250,89 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin