GüRCÜstan əraziSİNDƏKİ TÜrk məNŞƏLİ etnotoponiMLƏRİn linqviSTİk xüsusiYYƏTLƏRİ



Yüklə 250,89 Kb.
səhifə41/55
tarix06.01.2022
ölçüsü250,89 Kb.
#112457
1   ...   37   38   39   40   41   42   43   44   ...   55
XƏZƏRLİ DƏRƏ – Bolnisi rayonunda dərə adı. Bu etnotoponim qədim xəzər tayfasının adını özündə saxlamışdır. Xəzərlərin VI-VIII əsrlərdə Şərqi Gürcüstanda hegemonluğu barədə mənbələrdə xeyli məlumatlara rast gəlirik. Bu dərədə vaxtilə türkdilli xəzərlərin yaşayış məskəni olduğuna görə etnooronim belə adlandırılmışdır. Gürcüstan ərazisində Kaspi adlı yaşayış məntəqsi də var ki, bu da xəzərlərin digər bir adıdır.
İMİRLİ – Marneuli rayon ərazisində kənd adı. M.Kaşğari 22 oğuz tayfaları sırasında eymur (imir) tayfasının adını çəkmişdir. “Tiflis əyalətinin müfəssəl dəftəri”ndə İmir Əhmədli, İmir Həsənli, İmirli məhəlləsi, İmirəli məhəlləsi etnotoponimlərinin adları çəkilir. İmirlilər mənşəcə müstəqil oğuz-səlcuq tayfalarından çıxmış və sonralar əfşarlara qarışmışlar. Azərbaycanın Ağdaş, Gədəbəy, Bərdə rayonlarında Eymur, İmir, Emirli adlı yaşayış məntəqələri mövcuddur.

Yüklə 250,89 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin