QAZAXLILARIN YERİ – Marneuli rayonunun Sadaxlı kəndi ərazisində qeydə alınmış etnotoponim. Qazaxlılar mənşəcə qıpçaq (kuman-xəzər) tayfalarından biridir. İ.Şopen yazır ki, XIX əsrdə Qazax əyalətində yaşayan kəndlilər düşmənlərinə qarşı mübarizədə II Georgiyə yaxından kömək etdiklərinə və ona sədaqətli olduqlarına görə çar onlardan 1451 ailənin Gürcüstana köçmüşdür. O vaxtdan “Qazaxlıların yeri” etnotoponimi belə ad almışdır.
QACAROĞLU QULUNUN YATAQ YERİ – Tetrisxaro rayonunda Kosalar kəndi ərazisində qeydə alınmış etnotoponim. Mənbələrdə qacarlar cəlayir tayfasının bir qolu kimi göstərilir. Qacarlar orta əsrlərdə İranda və Azərbaycanda ağalıq etmişlər. Etnotoponim “Qacar nəslindən olan Qulu adlı şəxsin qoyun saxladığı yer” mənasındadır.