GüRCÜstan əraziSİNDƏKİ TÜrk məNŞƏLİ etnotoponiMLƏRİn linqviSTİk xüsusiYYƏTLƏRİ



Yüklə 250,89 Kb.
səhifə47/55
tarix06.01.2022
ölçüsü250,89 Kb.
#112457
1   ...   43   44   45   46   47   48   49   50   ...   55
LAYIŞLARIN YERİ – Sadaxlı kəndi ərazisində yer adı. Məlumdur ki, lahıclar ən çox İsmayıllı rayonu ərazisində yaşayırlar. Hazırda Gürcüstanda lahıclar yaşamasalar da “Layışlar yeri” adlı etnooronimdə iz buraxmışlar. Ehtimal ki, vaxtilə lahıclar mövsümi işlə bağlı olaraq həmin ərazidə müvəqqəti məskən saldıqlarına görə etnooronim belə adlandırılmışdır.
LƏZGİ DƏRƏSİ – Boqdanovka rayonunda yaylaq yurdlarından birinin adı. Etnooronim “ləzgi” etnonimi və “dərə” coğrafi termini əsasında formalaşmışdır. Vaxtilə bu dərədə ləzgilər müvəqqəti olaraq məskunlaşdıqlarına görə belə adlandırılmışdır.
MUĞANLI – Gürcüstanın Başkeçid nahiyəsində 1992-ci ilə qədər mövcud olan kənd adı. Bölgədə “bala”, “sərt”, ”yor”, “dağ” apelyativləri ilə işlənən 4 Muğanlı adlı kənd qeydə alınmışdır. Tarixdən məlumdur ki, muğlar İranın şimalında yaşamış, lakin İran dillərində danışmamışlar. Muğal və ya muğan qədim türk tayfalarından birinin adıdır. Muğan sözü iki hissədən, yəni kök və şəkilçi hissələrindən ibarətfir. Etnonimin mənası “şöhrətlilər, fəxrlilər” deməkdir. Azərbaycanda bu tayfa adı əsasında yaranmış 18 etnotoponim qeydə alınmışdır. Antik müəlliflərdən olan Hekatey, Herodon və başqaları Muğan haqqında dəyərli məlumatlar vermişlər.

Yüklə 250,89 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin