GüRCÜstan əraziSİNDƏKİ TÜrk məNŞƏLİ etnotoponiMLƏRİn linqviSTİk xüsusiYYƏTLƏRİ



Yüklə 250,89 Kb.
səhifə55/55
tarix06.01.2022
ölçüsü250,89 Kb.
#112457
1   ...   47   48   49   50   51   52   53   54   55
URUZQIŞLAQ – Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində kənd adı olub. Dmanisi rayonu ərazisində Uruzyaylaq etnooronimi də qeydə alınmışdır. Hər iki etnotoponimin birinci komponentində işlənən “Uruz” sözü türkdilli qıpçaqların eyniadlı tayfasının adını özündə əks etdirir. Etnotoponimlərin ikinci komponentində işlənən “qışlaq” və “yaylaq” sözləri oronimik termindir.
ULAŞLI - Marneuli rayonunda kənd adı. Debet çayının sahilində, rayon mərkəzindən 26 km qərbdə yerləşir. Bu etnotoponim erkən orta əsrlərdə Şimali Qafqazda yaşamış hulaş/hulas tayfasının adı ilə bağlı olaraq yaranmışdır. Hulaşlar xəzər tayfalarından biridir. XII əsrədək Volqa çayının sahilində Hulaş adlı şəhər olmuşdur. Tarixi proses nəticəsində etnonimdə h-k, x-h samit əvəzlənmələri baş vermişdir. Hulaşların bir bir qismi müxtəlif vaxtlarda xəzərlərin tərkibində Gürcüstana gəlmişlər. Dağıstan, Ermənistan və Azərbaycanın Qubadlı və Göyçay rayonlarında Ulaşlı adlı yaşayış məntəqələri mövcuddur.
UDE – Adıgün rayonunda kənd adı. “Ude-udi” hun-bulqar tayfalarından birinin adıdır. Udilər geniş miqrasiyaya malik olan toponim və etnonimlərin adında Qafqazdan Rusiyanın mərkəzi rayonlarına və Uzaq Şərqə qədər səpələnmişlər. Mənbələr Ud, Uda, Udon (çay adları), ude, Udinsk (yaşayış məntəqələrinin adları) kimi etnotoponimlər qeydə almışdır.
URAN – Mesxetiyada çay adı. Mənbələrdə Gürcüstan ərazisində “uran” komponentli 3 etnotoponim qeydə alınmışdır: Kök Uran, Uran Qutan, Uran Qıpçaq tayfalarından birinin adıdır. Oran və aran variantları müxtəlif areallara yayılmışdır. Sibirin və Qafqazın bir çox rayonlarında Uran çayı, Uranqa, Uranqıc, Uran gölləri, Aran, Aranbulaq, Arankutan, Aran Mirzə, Aranzamin, Aranyanıqlı, Örən, Örənqala və s. etnotoponimlər qeydə alınmışdır.
ZİLAN – Axalsıx rayonunda kənd adı. Mənbələrdə zilan tayfalarının Gürcüstan ərazisinə gəlmiş XV əsrə aid edilir. XIX əsrə aid Osmanlı və rus sənədlərində bu tayfanın adı çəkilir. Mesxetiya bölgəsində 2 Zilanlı adlı yaşayış məntəqəsi olmuşdur.
ZAZALI – Adıgün rayonunda kənd adı. Zazalı kürd tayfalarından hesab olunur. Zazalı tayfasının Gürcüstan ərazisində məskunlaşması XVII əsrin ortalarına təsadüf edilir.
Yüklə 250,89 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin