GƏNCƏLİ – Şərqi Gürcüstanın Laqodexi rayonunda kənd adı. Alazan vadisində, Qabal çayının sol sahilində, rayon mərkəzindən 15 km qərbdə yerləşir. Bu etnotoponimin əsasında qədim türk tayfası olan “gəncək” durur. Gəncək tayfası haqqında ilk məlumatı Mahmud Kaşğari vermişdir. İ.Şopen bu adın “qandz” kökündən olub, fars dilində “xəzinə” mənası daşıdığı fikrini irəli sürmüşdür. Ehtimal ki, türkdilli qəbilələrdən birinin başçısı Gəncək/Gəncə adlı bir şəxs olmuş, daha sonralar da qəbilə həmin şəxsin adı ilə adlandırılmışdır.