GüRCÜstan əraziSİNDƏKİ TÜrk məNŞƏLİ etnotoponiMLƏRİn linqviSTİk xüsusiYYƏTLƏRİ



Yüklə 250,89 Kb.
səhifə49/55
tarix06.01.2022
ölçüsü250,89 Kb.
#112457
1   ...   45   46   47   48   49   50   51   52   ...   55
MƏMMƏDAĞALAR – Dmanisi rayonunda kənd adı. Qırdağın ətəyində yerləşir. Kök+kök+şəkilçi modeli əsasında formalaşmış bu etnotoponim nəsil adını bildirir. Kəndin bünövrəsini Məmmədağalar nəsli qoyduğuna görə belə adlanmışdır.
MOLLA ƏHMƏDLİ – Bolnisi rayonunda kənd adı. Maşaver və Xram çaylarının qovuşduğu yerdə, rayon mərkəzindən 28 km şərqdə yerləşir. Sintaktik yolla yaranmış etnotoponimdir. “Molla” sözü dini rütbə bildirən leksik vahiddir. Azərbaycanda Əhmədli tayfa adı ilə bağlı 20-dən çox etnotoponim qeydə alınmışdır. Yerli məlumata görə, Əhmədli tayfası Gürcüstana vaxtilə Qazax rayonu ərazisindən gəlmişdir. XIX əsrdə Tiflis əyalətinin Baydar nahiyəsində də Molla Əhmədli adlı yaşayış məntəqəsi olmuşdur.

Yüklə 250,89 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin