ŞIXLININ BULAĞI – Bolnisi rayonunda bu bulaq adı türkdilli “şıxlı” tayfasının adını özündə əks etdirir. Etnooykonimin etnohidronimə transferi nəticəsində yaranmışdır. (Ətraflı bax: Şıxlı etnotoponiminə).
TƏKƏLİ – Marneuli rayonunda kənd adı. Rayon mərkəzindən 27 km cənub-şərqdə yerləşir. Qardabani rayonu ərazisində də Ağ Təklə və Qara Təklə adlı etnooykonimlər qeydə alınmışdır. Təkəli tayfası mənşəcə səlcuq türklərinə mənsub olmuşdur. Bu tayfa Gürcüstana XV əsrdə Anadoludan köçmüşlər. Azərbaycanın Ağsu, Kürdəmir, Masallı və Cəlilabad rayonlarında eyniadlı yaşayış məntəqələri mövcuddur.