TAT MƏMMƏDİ BULAĞI – Bolnisi rayonu ərazisində sintaktik yolla yaranmış bulaq adı. Tayfa+şəxs adı+coğrafi termin modelinə malik etnohidronimdir. Tatlar mənşəcə farsdilli tayfalardandır. Etnohidronim mənası “tat tayfasından olan Məmmədin bulağı” deməkdir.
VƏLİBƏYLİ YURDU– Marneuli rayonu ərazisində etnooronim. Kök+kök+şəkilçi modeli əsasında formalaşmış bu etnooronim “Vəli” şəxs adından, “bəy” rütbə, titul bildirən sözündən və “-li” məncubluq bildirən morfemdən ibarətdir. Etnooronimin mənası “Vəlibəyli nəslindən olanların yurd yeri” deməkdir.