Tədqiqatın nəzəri və praktik əhəmiyyəti. Mövcud tədqiqatdan müxtəlif ərazilər üzrə etnotoponimlərin, eyni zamanda, digər onomastik vahidlərin tarixi-linqvistik, etimoloji və tipoloji xüsusiyyətlərinin araşdırılmasında mənbə kimi istifadə etmək olar. Həmçinin digər türk dillərinin materialları əsasında eyni xarakterli araşdırmalarda, etnonimik lüğətlərin tərtibində bu tədqiqat xüsusi əhəmiyyət kəsb edə bilər.
Aprobasiyası və tətbiqi.Tədqiqatın müvafiq bölmələrinə aid müxtəlif xarakterli məqalələr konfrans materiallarında və elmi jurnallarda dərc edilmişdir. İlk dəfə olaraq bizim müəllifliyimiz ilə “Gürcüstanın türkmənşəli etnotoponimlər lüğəti” adlı kitab hazırlanıb.