Gürcüstan Hökumətİ Dövlət İdarələrarası Komİss


V. Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatı tərəfindən görülmüş işlər



Yüklə 276,9 Kb.
səhifə35/36
tarix01.01.2022
ölçüsü276,9 Kb.
#104111
1   ...   28   29   30   31   32   33   34   35   36

V. Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Naziri Aparatı tərəfindən görülmüş işlər


Hesabat dövründə Dövlət Naziri Aparatı İdarələrarası Komissiyanın fəaliyyətinə rəhbərlik edirdi, xüsusilə, Dövlət Naziri Aparatı komissiyanın genişləndirilmiş iclaslarını, səyyar görüşlər, eləcə də təhsil və dövlət dili, media və informasiyanın əlçatan olması istiqamətində tematik işçi qrupları ilə görüşlər keçirdi, təklif və tövsiyələr işlənib hazırlandı. Tematik işçi qrupları formatında fəaliyyət müxtəlif məsələlərin müzakirəsi prosesində QHT-lərə, ekspertlərə və ya qeyd edilmiş sahə üzrə işləyən başqa maraq aktorlarına daha yaxından iştirak etmək imkanını yaradır. Dövlət Naziri Aparatı İdarələrarası Komissiya ilə birgə 2014-cü il Fəaliyyət Planının yerinə yetirilməsi üzrə hesabatı təqdim etdi.
Qeyd edilmiş dövr ərzində Vətəndaş inteqrasiyası və fəaliyyət planının işlənib hazırlanması prosesi gedirdi. Yeni strateji sənədin işlənib hazırlanmasında Dövlət Naziri Aparatı ilə birgə müstəqil ekspertlər qrupu da cəlb edilmişdir. Sənəd təsdiqlənənə qədər Dövlət Naziri Aparatı tərəfindən sənəd müzakirə üçün Milli Azlıqlar Şurasına, qeyri-hökumət sektoruna, ekspertlərə, beynəlxalq təşkilat nümayəndələrinə, siyasi partiyalara, eləcə də bilavasitə etnik azlıq nümayəndələrinə (həm Tbilisidə, həm də regionlarda (Marneuli, Dmanisi, Axalsixe, Axalkalaki, Ninodzminda, Batumi)) təqdim edildi.
Bu dövr ərzində Dövlət Naziri Aparatının nümayəndələri Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyası və Gürcüstan-Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması üzrə fəaliyyət planının implementasiyasının qiymətləndirmə missiyası ekspertləri ilə görüşdülər və görülmüş işlərin hesabatlarını təqdim etdilər. Həmçinin, beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə nəzarət və hesabat da aparıldı (BMT İnsan Haqları Komitəsi, Avropa Şurası, Avropa İttifaqı alətləri).


Yüklə 276,9 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin