Gürcüstan Ədliyyə Nazirliyinin təşəbbüsü ilə 2015-ci il ərzində etnik azlıqlar üçün Poka, Qabal, Kvareldzğali və Sarticala ictimai mərkəzlərində gürcü dilinin tədrisi kursu keçirildi. Layihə BMT-nin İnkişaf Proqramı (UNDP) və İsveçin Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirildi. Tədris kursuna Ədliyyə Nazirliyinin tədris mərkəzinin təlimçiləri rəhbərlik etdilər. Gürcü dilinin tədrisi kursunun məqsədi təkcə dövlət dilinin öyrədilməsini dəstəkləmək deyil, həmçinin gürcü ədəbiyyatını, tarixi və mədəniyyətini tanıtmaqdan ibarətdir. Ümumi cəmdə 90 iştirakçı kursu başa vurmasına dair sertifikatla təltif edildi.