Gürcüstan Parlamenti Milli Kitabxanası tərəfindən görülmüş işlər
Hesabat dövründə, Gürcüstan Parlamenti Milli Kitabxanası aktiv surətdə Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstan Dövlət Aparatının Vətəndaş İnteqrasiyası Şöbəsi, Gürcüstan Xalq Müdafiəçisi Aparatı yanında mövcud Tolerantlıq Mərkəzi, Gürcüstanda yaşayan etnik azlıqların icmaları ilə əməkdaşlıq edirdi.
Partnyor təşkilatlarla sıx əməkdaşlıq nəticəsində, 2015-ci ildə Milli Kitabxanada 10 tədbir keçirildi. Onlar sırasında illüstrasiyalı və foto sərgilər, konsertlər, kitabların təqdimatı da var idi. Tədbirlərdə bir neçə dəfə etnik azlıqlarla bağlı Milli Kitabxana Fondlarında qorunan unikal materiallar da sərgiləndi. Milli Kitabxananın Vahid Lüğətlər Bazasına ukraynaca-gürcücə, abxaz-gürcü, rus-gürcü, erməni-gürcü və gürcü-osetin lüğətləri yerləşdirildi.
Yuxarıda sadalanan tədbirlərin məqsədi Gürcüstanda yaşayan milli azlıqların mədəni irslərinin, incəsənətlərinin və ənənələrinin populyarlaşdırılmasından və onların mədəni məkanda inteqrasiyasını təmin etməkdən ibarətdir. Ümumilikdə, hesabat dövründə aşağıdakı layihələr və tədbirlər həyata keçirildi:
Serqo Parancanovun yubileyinə həsr olunmuş axşam ;
Axalsixe bələdiyyəsi Kiçik Pamaca kəndinin ermənidilli məktəbinə 500 kitab verildi;
Parlamentin Milli Kitabxanasının sərgi salonunda “Gürcüstanın erməni icması” və “Gürcüstanın yezidilər evi” “Tolerantlığa doğru irəli” layihəsi çərçivəsində tədbirlər keçirdilər;
Çeçenlərin və inquşların deportasiyasının 71-ci ildönümünə həsr olunmuş tədbir keçirildi;
Çərkəz Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Milli Kitabxananın dəstəyi ilə çərkəz dili və mədəniyyəti günü qeyd edildi. Həmçinin, Çərkəz Mədəniyyət Mərkəzi Gürcüstan Parlamenti Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıq memorandumunu imzaladılar;
Parlamentin Milli Kitabxanasının sərgi salonunda “Azərbaycanın əllə toxunan xalçaları -ənənələrin qorunub saxlanması” layihəsi çərçivəsində Azərbaycanın mədəni irsinin nümunələrinin sərgisi keçirildi. Milli Kitabxana və M. Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi arasında əməkdaşlıq memorandumu imzalandı ;
Parlamentin Milli Kitabxanasında Rasim Həsənovun rəsmlərinin “Azadlıq” adlı sərgisi açıldı.
Dostları ilə paylaş: |