Gender meynstriminqi
Tbilisi şəhəri Bələdiyyə Sakrebulosu, Sakrebulo yanında Etnik azlıqların Koordinasiyası Şurası ilə birgə şəkildə, etnik azlıq nümayəndəsi qadınlarla görüşlər keçirdi və paytaxtda yaşayan etnik azlıq nümayəndəsi qadınların ehtiyacları, onların tədbirlərin təşkili və həyata keçirilməsində iştirakı ilə bağlı diskussiyalar aparıldı.
Təhsil və Elm Nazirliyinin Ümumi Tədrisin İdarə edilməsi və İnkişafı Departamenti tərəfindən erkən nikahların qarşısını almaq məqsədilə “Valideynlərin təhsili və iştirakı proqramı” həyata keçirildi.
Alt proqram çərçivəsində, Gürcüstanın erkən nikah faktının daha intensiv qeydə alınmış regionlarında sistematik şəkildə səyyar tədbirlər təşkil edilir. Laqodexi, Bolnisi və Marneuli bələdiyyələrində on kütləvi görüş keçirildi. Görüşlərdə etnik azlıq nümayəndələri olan valideynlər, müəllimlər, maraqlanan şəxslər, eləcə də psixoloqlar, yerli hüquq-mühafizəçiləri, yerli və sosial işçilər də iştirak edirdi. Qeyd edilmiş tədbirlər BMT-nin Əhali Fondunun Gürcüstan nümayəndəliyi ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Dostları ilə paylaş: |