İctimai xidmətlər və cari dövlət proqramları haqqında etnik azlıqların dillərində informasiya materialların hazırlanması və onların yayılması. Tibbi xidmətlər haqqında müttəhim və məhkumlar üçün həbsxana və cəzaçəkmə müəssisələrində tibbi xidmət standartları üzrə bələdçi gürcü, Azərbaycan, erməni, ingilis, rus, türk və fars dillərində çap olundu.
Etnik azlıqlara məxsus müttəhim və məhkumların tərcüməçi xidməti ilə təmin edilməsi.Nazirlik və tərcümə bürosu arasında mövcud müqaviləyə əsasən, 2015-ci il ərzində məhkumlar 405 dəfə yazılı tərcümədən istifadə etmişlər. Bununla yanaşı, müvafiq tələblər əsasında, qanunvericiliklə təsbit edilmiş qaydalar nəzərə alınmaqla onların şifahi tərcüməsi də yuxarıda adı çəkilən büro tərəfindən təmin edilmişdir.