Dövlət idarəçiliyi və hüquq-mühafizə orqanları və mexanizmlərinin etnik azlıq nümayəndələri üçün əlçatan olmasının yüksəldilməsi
Gürcüstan Daxili İşlər Nazirliyinin fəaliyyəti :
Hesabat dövründə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Akademiyası etnik azlıqların bərabərliyinin müdafiəsi siyasətini aktiv surətdə həyata keçirirdi. Bu nöqteyi-nəzərdən aşağıdakı tədbirlər keçirildi. :
Gürcü dilində bir illik tədris proqramı işlənib hazırlandı. ;
DİN Akademiyasında polis işçiləri üçün diskriminasiyanın yolverilməzliyi haqqında treninqlər keçirildi. Treninqdə həmçinin Baş Prokurorluq və Xalq Müdafiəçisi Aparatının nümayəndələri də iştirak edirdi.
DİN Akademiyasında müxtəlif proqramlar fəaliyyət göstərir və bu proqramlarda aşağıdakı tədris kursları nəzərdə tutulmuşdur: (“Diskriminasiyanın bütün növlərinin yolverilməzliyi haqqında” Gürcüstan qanunu), multietnik cəmiyyətdə polis, cəmiyyətə yönəlik polis.
Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində DİN Akademiyası etnik azlıqlar üçün Akademiyanın bazasında tanışlıq xarakterli turlar təşkil etdi ki, bu da məktəb şagirdlərinin dünya-görüşlərinin yüksəldilməsi məqsədini daşıyırdı. Hesabat dövründə DİN Akademiyasında etnik azlıq nümayəndələri müxtəlif tədris proqramları üzrə təlimlər keçdilər.
Gürcüstanın Cəzaçəkmə və Probasiya Nazirliyi tərəfindən göstərilmiş fəaliyyət :
Gürcüstan Cəzaçəkmə Probasiya Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən birini penitensiar sistemin reformasiyası və onun müasir çevik instituta transformasiyası təşkil edir, hansı ki, insan hüquqları sahəsində mövcud beynəlxalq standartlara əsaslanaraq azadlıqdan məhrum edilmiş şəxslərin hüquqlarının müdafiəsini təmin edir.
|