İnvestisiyanın tipi ilə risk səviyyəsi arasında əlaqə
TİP 3
|
TİP 2
|
TİP 1
|
TİP 4
|
Yeni istehsalın yaradılmasına investisiyalar
|
İstehsalın genişləndirilmsinə investisiyalar.
|
Səmərəliliyin yüksəldilməsinə investisiyalar
|
Dövlət orqanlarının tələbatının ödənilməsinə investisiyalar.
|
Riskin yüksək sviyyəsi
|
Riskin aşağı səviyyəsi
|
Qeyd etmək lazımdır ki, hər bir risk amilinin özünün xüsusi çəkisi var və bal hesabı ilə qiymətləndirilir. Buna gör də istər ayrı-ayrı risk amilləri, istərsə də bütövlükdə investisiya mühiti miqdarca qiymətləndirilə bilər. Risklər müxtəlif formada təsnifləşdirilir. Belə ki, bir çox dünya dövlətləri üzrə hər il amerikan LOPS firması Inteinationess Companu USA tərəfindən dərc edilmiş yeddi cildlik «Publitical Rick Yearbook» adlı kitabında aşağıdakı risklər qiymətləndirilir. Bunlardan: siyasi, maliyyə köçürmləri, ixracat və s. birbaşa investisiyaları göstərmək olar. Burada risklər 12 bal sistemi üzrə qiymətləndirilir. Qeyd etmək lazımdır ki, Amerikan firmaları «Business Environment Rick Inteligence International» və Alman firması «Beri» riskləri 100 bal sistemi ilə qiymətləndirirlər.
İnvestisiya qoyuluşunda istifadə oluan risk anlayışı – potensial investor tərəfindən qoyulmuş vəsaitin itirlməsi deməkdir.
Dünya təcrübəsində risk etmənin ənənəvi təsnifatı aşağıdakı sxemdə verilir.
Sxem 3.
Təsnifləşdirmənin əlamətləri
|
Təsnifata uyğun olaraq risklərin
Əlamətləri
|
Subyektlər üzrə
|
- bəşəriyyət üzrə ümumilikdə;
- ayrı-ayrı regionlar, ölkələr, millətlər;
- sosial qruplar, ayrı-ayrı fərdlər;
- iqtisadi, siyasi, sosial və s. sistemlər;
- təsərrüfat sahələri;
- ayrı-yrı layihələr;
- fəaliyyətin növləri.
|
İnvestisiyanın növləri üzrə
|
- maliyyə
- investisiya layihələri
|
Təzahür sferası üzrə
|
- iqtisadi amillərin dəyişməsi ilə əlaqədar olaraq iqtisadi risk;
- respublikanın siyasi mövqeyindən asılı olaraq siyasi risk;
- sosial şəraitin dəyişməsi (çətinləşməsi) ilə əlaqədar olaraq sosial risk;
- ekoloji fəlakətlərlə əlaqədar olaraq ekoloji risk;
- qanunvericiliyin və normativ aktların (bazarın) dəyişməsi ilə əlaqədar olaraq normativ qanunvericilik risk.
|
Əmələ gəlmə mənbələri üzrə
|
- konkret subyektə xas olan, onun nəzəriyyəsindən və xüsusiyyətlərindən asılı olaraq qeyri-sistematik risk;
- bazar konyunktrasıının dəyişkənliyi ilə əlaqədar olan sistematik risk, subyektdən asılı olmayan tənzimlənməyən risk;
Sistematik risklər aşağıdakılara bölünür: a) qanunvericilik, qiymətin əmələ gəlməsi, normativlər, bazar konyukturası sferasında gözlənilməyən tənzimlənmə tədbirləri;
b) təbii qəzalar və fəlakətlər;
v) cinayətlər;
q) siyasi dəyişikliklər.
|
Risk hər bir investisiya layihlərinin reallaşdırılması gedişində ziyanın baş verməsi və ya layihənin səmərəliliyinin aşağı düşməsi ilə nəticələnən arzu olunmaz halların yaranması imkanı ilə əlaqədar olan qeyri-müəyyənlikdir. Ümumi formada risk – layihənin reallaşdırılmasında əmələ gələn zərər və ya ziyanın ehtimalıdır. Risk aşağıdakı kimi müəyyən edilir:
R = f (P,L)
burada, R – riskli hadisələr
P – riskin əmələ gəlməsi ehtimalı
L – riskli hadisələrin əmələ gəlməsi halında nəticənin vacibliyi.
Risklərin idarə edilməsi – layihənin reallaşdırılmasının faktiki göstəricilərinin əvvəlcədən planlaşdırılmış mənalardan kənarlaşmaların azaldılması məqsədi ilə risklərin monitorinqi, təhlili və indentivikasiyasını birləşdirən tədbirlər kompleksidir. Riskin idarəedilməsi üzrə hərəkətin alqoritmi aşağıdakı sxemdə verilir.
Sxem 4.
Sosial-siyasi risk ölkədə iqtisadi vəziyyətə və xarici kapital itkisinə təsir edə biləcək sosial-siyasi vəziyyətin dəyişmə səviyyəsinin nəticəsindən asılıdır.
İnvestisiya prosesi obyektlərinə görə real və maliyyə investisiyalara bölünür.
Real investisiyalar dedikdə, maddi və qeyri-maddi aktivlərə vəsait qoyuluşu başa düşülür.
Maliyyə investisiyaları dedikdə isə müxtəlif maliyyə vasitələrinə (aktivlərinə) vəsait qoyuluşu başa düşülür ki, bunların da içərisində əsas yeri qiymətli kağızlara vəsait qoyuluşu tutur.
Real investisiyalar aşağıdakı qruplara bölünür:
- öz istehsalının səmərəliliyinin yüksəldilməsinə yönəldilən investisiyalar. Bu qrupa əsasən avadanlıqların dəyişdirilməsinə, əsas fondların modernləşdirilməsinə və s. məqsədlər üçün yönəldilən investisiyalar daxildir;
- istehsalın genişləndirilməsinə və yenidən qurulmasına yönəldilən investisiyalar. Bu qrupa mövcud istehsal çərçivəsində məhsul buraxılışının həcminin artırılması məqsədi daşıyan investisiyalar daxildir;
- şəxsi və xüsusi istehsalın yaradılmasına və ya istehsalda yeni texnologiyanın tətbiqinə yönəldilən investisiyalar. Bu qrupa yeni istehlak bazarına çıxmaq məqsədilə yeni müəssisələrin yaradılmasına və mövcud müəssisələrin yenidən qurulmasına yönəldilən investisiyalar daxildir;
- dövlət sifarişinin və ya digər sifarişçinin sifarişlərinin yerinə yetirilməsi məqsədilə qeyri-şəxsi istehsala qoyulan investisiyalar.
Maliyyə investisiyaları aşağıdakı qruplara bölünür:
1. Qiymətli kağızlara qoyuluşlar (o cümlədən dövlət və qeyri-dövlət).
2. Bank depozitlərinə və sertifikatlara qoyuluşlar.
İnvestisiyalar növlərinə görə aşağıdakı kimi təsnifləşdirilir.
a) maddi obyektlərə birbaşa investisiyalar. Bu zaman investor investisiya obyektinin və qoyulacaq vsaitin seçilməsində bilavasitə iştirak edir. Belə investisiyalara real intellektual investisiyaları da aid etmək olar.
b) investisiya fondu və ya maliyyə vasitəçisinin mövcudluğu ilə səciyyələnən (vasitəli, birbaşa olmayan) investisiyalar. Maliyyə investisiyalarını belə investisiyalara aid etmək olar.
İnvestisiyalar bir sıra əlamətlərinə görə təsnifləşdirilir.
Sxem 5.
Dostları ilə paylaş: |