Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 6,87 Mb.
səhifə114/173
tarix01.01.2022
ölçüsü6,87 Mb.
#103654
növüXülasə
1   ...   110   111   112   113   114   115   116   117   ...   173
Xiyar. Rəsuli-Əkrəm (s.ə.v.) xiyarı duzla tənəvvül edərdi. Buyurardı ki, xiyarı əvvəlcə aşağıdan başlayıb yeyin, onda bərəkəti çox olar.

Sarımsaq. Peyğəmbər (s.ə.v):

  1. Sarımsaq yeyin və onunla müalicə olunun. Onda yetmiş xəstəliyin dərmanı var.

  2. Əliyə (ə) vəsiyyətimdə: Ey Əli! Sarımsaq ye. Əgər mən mələklə danışmasaydım, mən də yeyərdim.

Imam Sadiq (ə): Allahın Rəsulu (s.ə.v.) buyurub: “Hər kəs bu tərəvəzdən (sarımsaqdan) yesə, bizim məscidimizə yaxın gəlməsin”. Amma deməyib ki, sarımsaq haramdır.

Imam Rza (ə): Hər kəs onda yelin əmələ gəlməsini istəmirsə, həftədə bir dəfə sarımsaq yesin.



Yerkökü. Imam Sadiq (ə):

Yerkökü insanı bel ağrısı və babasildən qoruyur, cinsi qabiliyyəti artırır.

Yerkökü böyrəkləri isidir və cinsi qabiliyyəti artırır.

“Məkarimul-əxlaq” - Davud ibn Fərqəddən: Imam Sadiqin (ə) yanına getdim. Həzrətin qarşısında yerkökü vardı. Mənə bir yerkökü uzadaraq dedi:

- Ye!

Dedim:


- Mənim üyüdən dişlərim yoxdur.

Dedi:


- Kənizin varmı?

- Bəli.


- Ona əmr et ki, onun şirəsini sənin üçün çıxartsın, iç. O böyrəkləri isidir və cinsi qabiliyyəti artırır.

Kahı. Peyğəmbər (s.ə.v.): Kahı ye. O, yuxu gətirir, amma yeməyi də həzmə verir.

Imam Sadiq (ə): Kahıdan istifadə edin, o qanı təmizləyir.

Imam Rza (ə): göyərtilər haqqında: Ən yaxşı göyərtilər - kasnı və kahıdır.

Şalğam. Imam Sadiq (ə): Şalğamdan istifadə edin, yeyin, davamlı olaraq yeyin. Şalğamı onun əhlinə (ye­yə­ninə) verin. Elə bir şəxs yoxdur ki, onda cüzamın damarı olmasın, həmin damarı şalğam yeməklə məhv edin.

Düyü. Peyğəmbər (s.ə.v.):

Yeməklərin içində düyü, tayfanın içindəki ağa kimidir.

Dünya və axirət əhlinin yeməklərinin ağası ilk öncə ət, sonra isə düyüdür.

Düyü yaxşı dərmandır. Belə ki, soyuq yemək düzgündür və xəstəliklərdən uzaq bir qidadır.

Imam Sadiq (ə):

Düyü yaxşı yeməkdir. Biz onu xəstələrimiz üçün saxlayırıq.

Bizlərə gətirdiklərinizin içində düyü və bənöv­şədən mənə xoş gələn bir şey yoxdur. Mən içimdəki möhkəm ağrılardan əziyyət çəkəndə ilham olundu ki, düyü yeyim. Düyü hazırlamağı əmr etdim və Allah da onun vasitəsilə narahatçılığımı aradan götürdü.

Mərci. Həzrəti-Rəsul (s.ə.v.) buyurub: “Sizə tövsiyə edirəm ki, mərci yeyin. O qəlbi kövrək edir, gözə yaş gətirib, onu sürətləndirir, təkəbbürlüyü aparır. O pak adamların təamıdır. Allah-Təala onu yetmiş pey­ğəm­bərə mübarək edib. Onların axırıncısı Həzrəti-Isa Məryəm oğludur”.


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin