Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 6,87 Mb.
səhifə149/173
tarix01.01.2022
ölçüsü6,87 Mb.
#103654
növüXülasə
1   ...   145   146   147   148   149   150   151   152   ...   173
Siqaret və qadın
Dünyada işləyən qadınlar və tələbələr arasında siqaret çəkmək vərdişinin getdikcə yayılmaqda olduğu özünü göstərir. Halbuki, bu vərdiş qadınlar üçün baha başa gəlir. Beləliklə, siqaret çəkməyin qadınlara gös­tər­diyi mənfi təsirləri aşağıdakı kimi yekunlaşdırmaq mümkündür.

1. Qadın orqanizmi siqaretin mənfi təsirlərinə kişilərinkindən daha həssasdır. Eyni vəziyyət içki düşgünlərində də özünü göstərir. Kişilər arasındakı içki düşgünlərinin qaraciyər serrozuna tutulma riski hər gün 132 q təmiz alkoqol qəbul edildikdə baş verir. Qadınlarda isə eyni risk gündə yalnız 52 q alkoqol qəbul etməklə də meydana gələ bilir. Eyni bir şəkildə içki içən və siqaret çəkən qadınların kişilərlə müqayisədə xərçəng xəstəliyinə tutulma ehtimalı daha böyükdür.

2. Siqaret çəkən qadın öz səhhətinə zərər verdiyi kimi, hamilə olduğu zaman hələ anadan olmamış uşağının da zəhərli bir təsirə məruz qalmasına səbəb olur.

17000 uşaq üzərində aparılan tədqiqatlar siqaret çəkən bir ananın uşağının müxtəlif mənfi təsirlərə məruz qaldığını göstərmişdir. Ortaya çıxan nəticə həqiqətən qorxuducudur.

Hamiləliyin dördüncü ayından etibarən hər gün 10 ədəd siqaret çəkən anaların uşaqlarında doğum zamanı ölüm nisbətinin 30%-lik bir rəqəm miqdarında artdığı müşahidə edilmişdir. Bundan başqa, siqaret çəkən anaların dünyaya gətirdikləri uşaqların normaldan daha az bir çəkidə olduğu, belə analarda düşük və ölü uşaq doğma ehtimalının da daha böyük olduğu qəbul edilir. Bütün bunlarla birlikdə, ananın siqaret- çəkmə vərdişi uşağının şikəst və fiziki cəhətdən qüsurlu olaraq doğulma ehtimalını da artırır.

3. Sadəcə siqaret çəkən deyil, siqaret çəkilən otaqda olan bir qadın da olduğu yerdə tüstülü havanı tənəffüs etməklə özünə zərər verir. Bir sözlə, siqaret çəkən bir qadının doğum əsnasında da bir çox başqa problemləri ola bilir.

4. Evdə siqaret çəkən bir qadın evində ağır bir havanın əmələ gəlməsinə səbəb olur. Əgər körpə uşaqlar belə bir evdə qalırlarsa, tənəffüs yolları xəstəliklərinə daha tez tutulurlar. Şübhəsiz ki, eyni bir vəziyyətin ortaya çıxmasında siqaret çəkən kişinin də təqsiri vardır.

5. Siqaret çəkən bir qadın uşağına yalnız hamilə olduğu zaman deyil, doğumdan sonra onu əmizdirdikdə də ziyan verir. Ona görə ki, siqaretdəki zərərli bir maddə olan nikotin ana südü vasitəsilə uşağın orqanizminə daxil olur.



Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin