Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 6,87 Mb.
səhifə17/173
tarix01.01.2022
ölçüsü6,87 Mb.
#103654
növüXülasə
1   ...   13   14   15   16   17   18   19   20   ...   173
Haramın növləri
Haram iki növ olur. Biri donuz əti və şərab kimi özü haram olan şeylərdir. Bunlara «haram liaynihi» deyilir. Digəri isə əslində haram olmayıb, vəziyyətdən asılı olaraq haram olan şeylərdir. Bunlara «haram liğayrihi» deyilir.

Oğurluq bir mal, məsələn, qoyun və ya pul ma­hiyyətcə halaldır. Ancaq başqasının malı olduğu üçün və sahibindən izinsiz alındığı üçün haram olmuşdur.

Halal və haram haqqında bu qısa izahatdan sonra nəyin haram olduğuna baxaq.
haram olan məhsullar
1. Donuz əti. Donuz məməli heyvandır. Vəhşi və əhilləşdirilmiş olmaq üzrə iki cinsi vardır.

Yuxarıda qeyd etdiyimiz kimi, Allah-Təala kirli və sağlamlığa zərərli olan şeyləri haram buyurmuşdur. Donuz da bunlardan biridir.

Donuz hər cür kirli şeyi, siçan və heyvan leşlərini belə yeyən bir heyvandır. Buna görə də heyvanların ən murdarı kimi tanınmışdır.

Donuz çirkli qidaları sevdiyi üçün, vücudunda həddindən artıq mikrob olur. Bu mikrobların başında trixin və solitor gəlir. Bunlar insan orqanizmi üçün çox təhlükəlidir. Müasir tibb də donuz ətinin hər iqlimdə, xüsusilə isti yerlərdə insan sağlığı üçün çox zərərli olduğunu müəyyənləşdirmişdir. Trixindən başqa, do­nuz streptokokku, donuz qripi, donuz vəbası, qarayara, dabaq və vərəm də donuzdan insana yoluxan xəstə­liklərdəndir. Bütün bu xəstəliklərdən qorunmaq üçün donuza toxunmamaq və ətini yeməmək lazımdır.

Donuz ətinin haram buyurulmasının səbəbləri yalnız bizim bu gün bildiklərimizdən ibarət deyildir. Bəlkə, zaman keçdikcə yeni-yeni səbəbləri də öyrə­nəcəyik. Hətta öyrənə bilməyəcəyimiz səbəblər də ola bilər. Ancaq qəti olaraq bildiyimiz və inandığımız bir şey vardır ki, o da Allah Təbarəkə Təalanın haram buyurduğu hər şeyin bizə zərərli olduğudur.


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin