2. Narkotik maddələr. Pis, çirkli və insan sağlamlığına zərərli olan hər şeyin haram olduğu yuxarıda izah edilmişdi. Narkotik maddələr də bunlardandır. Insan sağlamlığına çox zərərli olduğu üçün bunlar da haram buyurulmuşdur.
Narkotik deyincə, insanın ağlına nəşə, tiryək, heroin, kokain, morfi kimi maddələr gəlir. Haram olduqları kimi, alınıb satılmaları da qanuni (izinli) deyildir.
Narkotik maddələrin ən təsirli və ortaq xüsusiyyətlərindən biri, az miqdarda qəbul edildiyi zaman belə qısa müddətdə vərdiş əmələ gətirməsidir.
Narkotik maddənin dadına baxmaq olmaz. Bir dəfə belə istifadə edənlərin ondan xilas olması çox çətindir. Narkotik maddənin dadına baxmaq zəhərin dadına baxmaq kimi bir şeydir. “Zəhər doğrudan da öldürərmi?” deyə onun dadına baxmaq ölümlə nəticələndiyi kimi, narkotik maddəni bir dəfə qəbul edən insan ondan xilas ola bilmir və ölümə məhkum olur. Televiziya ekranlarında və mətbuatda tamaşaçıları dəhşətə gətirən ibrətamiz nümunələrə təsadüf etmək mümkündür.
Narkotik maddələrin pis nəticələrindən biri də ailəni dağıtması və ictimai münasibətləri pozmasından ibarətdir. Narkoman ailəsinin, uşaqlarının, qohum-əqrəbasının qarşısında öz məsuliyyətini itirir. Onun axtardığı yalnız narkotik maddə olur. Onu tapmaq üçün hər şeyi fəda edir. Çünki artıq onun üçün həyatda heç bir şeyin qiyməti yoxdur. Narkotik maddə üçün pul tapa bilmədiyi zaman oğurluq etməkdən və cinayət törətməkdən belə çəkinmir.
Məhz buna görə də dinimiz narkotik maddənin bütün növlərini qadağan etmiş, alış-verişinə də icazə verməmişdir.
Dostları ilə paylaş: |