Bundan nə nəticə çıxarmaq olar? Məntiq sadə, nəticə isə birmənalıdır: bir fərdin özünəbənzər digər fərdi yeməsi ilə irsi əlamətlərin bir fərddən digərinə ötürülməsi baş vermişdi. Bu zaman xromosomlar həzmetmə prosesində qida məhsullarının mənimsənilməsi ilə ötürülürdü. Birhüceyrəli orqanizmlər üzərində aparılmış təcrübənin və birhüceyrəlilər arasındakı qarşılıqlı münasibətlərin modelini mürəkkəb sistemli orqanizmlər, xüsusi halda insan və donuz orqanizmləri üzərinə köçürək və fərziyyə irəli sürək: “Insanlara donuz əti ilə qidalanmaq, donuzların orqan və toxumalarını transplantasiya etmək qadağan olunmalıdır, çünki bu zaman gen mutasiyası təhlükəsi mövcuddur”.
Donuz əti yeyənlərin çoxu bu mövqe ilə razılaşmayaraq belə bir əks-müddəa irəli sürə bilər ki, “onda, mal əti, qoyun əti, toyuq və s. də yemək olmaz”. Lakin bu, qətiyyən belə deyil.
Əlbəttə, inək, qoyun, toyuq orqanizmlərində də hər cür parazitlər əmələ gəlir. Lakin onlar termik emal zamanı məhv olur. Lakin donuz parazitləri – trixinellər, qeyd edildiyi kimi, emal zamanı məhv olmur. Hətta əgər donuz parazitləri, donuz ətinin emalı prosesində məhv edilsəydilər belə, donuz orqanlarının köçürülməsi zamanı həmin parazitlər məhv olmazdı, çünki transplantasiyada praktiki olaraq canlı toxumalar köçürülür.
Amma məsələ tamamilə başqa şeydədir. Araşdırılan məsələnin əsasını belə bir sual təşkil edir: bəlkə donuzların orqan və toxumaları vasitəsilə ksenotransplantasiya problemlərinin həllinə yönəldilmiş metod və vasitələr axtarmaq lazımdır? Zənnimcə, bu lazım deyil. Əldə olan əsas – çoxsaylı elmi tədqiqatlardan göründüyü kimi, insan və donuzların genetik kodlarının bir-birinə çox oxşar olmasıdır. Dünyada bircə nəfər alim tapmaq mümkün deyildir ki, bu cür riskli təcrübələr zamanı mutasiya prosesinin imkansızlığına təminat versin.
Bunlar, belə demək mümkünsə, sırf bəşəri mülahizələrdir və onlarda səhv də ola bilər, 100%-lik təminat yoxdur. Lakin məsələ insanın düşüncəsinə yox, böyük Yaradanın buyurduqlarına aid olduqda, bəşəri mülahizə və hərəkətlərdə risk mənasızdır.
Böyük Yaradanın Quran və Bibliyadakı sözlərini oxuculara bir daha xatırladırıq: “… Donuz əti… sizə haram edildi…” (“Qurani - Kərim”, “əl-Maidə” surəsi, 3-cü ayə). “Onların ətini yeməyin və leşlərinə toxunmayın, onlar sizin üçün murdardır” (“Bibliya”, “Levit” kitabı, 11:8).
Oxuculara xatırladaq ki, bunlar Allahın bütün bəşəriyyətə və bütün zamanlar üçün buyurduğu sözlərdir. “Ilahi əczaxananın dərmanları” adlı kitabda nəşr edilmiş təmiz və natəmiz (murdar) ətlər barəsindəki müasir elmi məlumatları barədə informasiyanı təqdim edirik. Amerikalı alimlər təcrübə məqsədilə əvvəlcə təmiz (pak) heyvanların, sonra isə donuzun əzələlərindən ətdə olan bütün substansiyaları (əsas maddələri) çıxararaq, onlarla acıpaxla əkinlərini gübrələmişlər. Təcrübə nəticəsində müəyyən olunmuşdur ki, pak heyvanların ətindən çəkilmiş şirə bitki əkinlərinin artımına mane olmamışdır, donuz ətindən elə həmin texnologiya əsasında çəkilmiş şirə isə əkinlər üçün zəhərli olmuşdur. (Yn Şuls, Edita Uberquber – “Ilahi əczanananın dərmanları”, MÇP “Anfas”, Kiyev, 1994, s.24).
Allahın qadağanları insanlar üçün mütləq həqiqət olmalıdır. Əgər Böyük Yaradan insana donuz əti yeməyi qadağan edirsə, şüurlu insan yaxşı olar ki, onu yeməsin. Lakin əgər insan, Böyük Yaradana qulaq asmayıb donuz əti yeyir və şeytanın təhriklərinə uyursa, bu halda Allah tərəfindən ciddi cəzalanmaq təhlükəsi altına düşür. Demək, daha yaxşı olar ki, insan bu qadağana əməl etsin, həm də tərəddüdsüz surətdə. Insan bilməli və yadda saxlamalıdır ki, donuz əti yeməklə onun mənəviyyatına dəyən ziyan, onun sağlamlığına dəyən ziyandan daha artıqdır. Axı, kim deyə bilər ki, haram ət yeməklə insanın başına nələr gələ bilər. Axı, Böyük Allaha qulaq asmamaq və onun qadağan etdiyi donuz ətini yeməklə insanların genetik kodunda müəyyən dəyişikliklər və əvvəlcədən bilinməyən mutasiyalar baş verə bilər. Bəşəriyyət isə bunu bütövlükdə dərk etmək iqtidarında deyil…
Düşünün: Ağıllı insanın bir tikə donuz budu, yaxud ətindən hazırlanmış sosiska, kolbasa yemək naminə öz həyatı bahasına risk etməsinə dəyərmi?
Qeyd: “Donuz ətini yemək niyə haramdır?” başlığı altında verilən məlumatlar tibb.e.n. R.Haşımov, fəlsəfə e.n. G. Sarıyev və əczaçılıq e.n. S.Tağıyevin imzaları ilə “Camaat” qəzetində (11 oktyabr 2002-ci il, № 15) nəşr olunan materialından götürülmüşdür.
Dostları ilə paylaş: |