Zəm-zəm içmək
Hədis-i şəriflərdə buyuruldu ki:
“Zəm-zəm doyurucu və xəstəyə şəfavericidir” (Bezzar).
“Zəm-zəm suyunu bəlalardan qorunmaq niyyəti ilə içəni Allah-Tala qoruyur” (Hakim).
Abdullah Ibn Mübarək – “Rəsulullah (s.ə.v.) “zəm-zəm suyu içildiyi niyyətə görə faydalı olur” buyurub. Mən də qiyamətdə susuzluqdan yaxa qurtarmaq üçün zəm-zəm suyu içirəm” - deyirdi (Ibn Macə).
Ibn Abbas da zəm-zəm suyu içərkən “Ya Rəbb, səndən faydalı elm, bol ruzi və hər cür xəstəlikdən şəfa istəyirəm” - deyə dua edirdi.
Zəm-zəm suyu ilə bağlı fərzlər
Vida təvafını edib təvaf namazını qıldıqdan sonra bol-bol zəm-zəm suyu içmək.
Zəm-zəm suyunu ayaq üstə və Beytullaha (Kəbəyə) baxaraq içmək.
Zəm-zəm suyunu yalnız içmək lazımdır, yemək bişirmə zamanı istifadə olunmamalıdır.
Seyid Əbdülhakim Arvasi buyurur ki, “zəm-zəm suyunu hər dəfə qabırğalar şişənə qədər içmək lazımdır”.
Dostları ilə paylaş: |