Firudin Batmanqılıncın su ilə bağlı düşüncələri Firudin Batmanqılınc həyatının 20 ilini suya və bəşəriyyətə xidmət etməyə sərf etmişdir. Onun «Xəstə deyilsiniz, susuzsunuz» və «Bədəniniz sizdən su istəyir» adlı əsərlərindəki su ilə bağlı düşüncələri diqqətəlayiqdir.
Müəllifin fikrincə, bədənimiz 45 əsas səbəbə görə suya ehtiyac duyur: Heç bir canlı susuz yaşaya bilmir.
Nisbi su çatışmazlığı bədənin bəzi funksiyalarını əvvəl basdırır, sonra öldürür.
Əsas enerji mənbəyidir.
Bədənin hər hüceyrəsində elektrik və maqnetik enerji istehsal edərək bizə yaşamaq üçün güc verir.
5. Hüceyrənin quruluşundakı maddələri bir-birinə bağlayan bir yapışqandır. DNT zədələnməsinin qarşısını alır və bərpa mexanizmlərinin daha yaxşı işləməsinə yardım edir. Beləliklə, istehsal olunan anormal DNT sayı azalır.
Immunitet sisteminin (bütün mexanizmlərin) mərkəzi olan sümük iliyinin, xərçəng də daxil olmaqla müxtəlif xəstəliklərə qarşı müqavimətini artırır.
Qidalara enerji verir və parçalanan qidalar həzm prosesində bu enerjini bədənə ötürür. Susuz yeyilən yeməyin bədən üçün heç bir enerji dəyəri yoxdur.
Qidaların lazımlı maddələrinin orqanizmdə qəbul edilməsini artırır.
Onurğanı təşkil edən fəqərələrarası mayenin əmələ gəlməsində rol oynayır.
Ürək və beyin damarlarında laxtalanmanın qarşısını alır.
Orqanizmin soyuma (tərləmə) və isinmə (elektrik) sistemləri üçün əvəzolunmazdır.
Düşünmək prosesi də daxil olmaqla, beynin bütün funksiyaları üçün bizə güc və enerji verir.
Serotonin (şən əhval ruhiyyə yaradan hormon) və digər «nevro-transmitter»lərin (sinir ötürücülərinin) yaradılması üçün əvəzolunmazdır.
Bağırsaqların işləməsini yaxşılaşdıran yağlayıcı maddədir, qəbizliyin qarşısını alır.
Infarkt və iflicə qarşı qoruyucudur.
Uşaqlarda və yeniyetmələrdə diqqətin az olması probleminin həllinə yardım edir.
Iş görmək qabiliyyətini və diqqəti artırır.
Dünyadakı bütün içkilərdən daha asan əldə edilir və sağlam orqanizm üçün heç bir zərərli təsiri yoxdur.