ƏT YEYILMƏSININ ISLAMI ŞƏRTLƏRI
Insan orqanizminin bütün funksiyalarının normal getməsi, canlıların artması və bədənin cansağlığı zülallarla bağlıdır. Zülalların tərkibində karbon, hidrogen və oksigenlə yanaşı azot da vardır. Zülalların əsasını aminturşuları təşkil edir. Bunların bir qismi yalnız ətdə olur (əvəzedilməz aminturşuları) və ət yeməyi ilə insan orqanizminə keçir. Canlı orqanizmdə gedən bütün proseslərdə, hüceyrənin metabolik funksiyalarını tənzimləyən fermentlər də zülallardan təşkil olunmuşdur. Insan bədəninin bütün hüceyrələrinin böyük bir qismi zülallardan ibarətdir və bu hüceyrələr sürətlə dəyişib yeniləşməkdədir. Bu cəhətdən hər gün qida ilə zülal qəbul etmək zərurəti vardır. Zülal çatışmadıqda insan böyümədən qalır, halsızlıq, qansızlıq hiss olunur. Yaraların sağalması gecikir, zərərli mikroblara qarşı müqavimət azalır. Qaraciyər yağlanır. Bədən üçün lazım olan zülalların əsas mənbəyi isə ətdir.
“Qurani-Kərim”də halal və haram barədəki göstərişlərdə ət yeməkləri xüsusi olaraq qeyd olunur. “Qurani-Kərim”də insan orqanizmi üçün mühüm qida maddəsi olan ət haqqında bir çox ayələr vardır.
“Qurani-Kərim”in 14 surəsinin 25 ayəsində ət və ət məhsulları haqqında Allah kəlamları buyrulmuşdur.
Bu ayələrdə hansı heyvanların ətinin halal və ya haram olması, onların kəsilməsi qaydası, ətin saxlanılması, təmizliyi, kəsilən heyvanların digər bədən orqanlarının və qanın istifadə olunması və digər məsələlər müsəlmanlara təlqin olunmuşdur.
“Qurani-Kərim”də ət haqqında ayələr
Dostları ilə paylaş: |