Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu


Nəcib yeməklərə izn verilir



Yüklə 6,87 Mb.
səhifə55/173
tarix01.01.2022
ölçüsü6,87 Mb.
#103654
növüXülasə
1   ...   51   52   53   54   55   56   57   58   ...   173
Nəcib yeməklərə izn verilir
Ey insanlar! Yer üzündəki şeylərin təmiz, halal olanlarını yeyin. Şeytanın izi ilə getməyin! Hə­qiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşmən­dir”. (əl-Bəqərə, 2/168).

Xudavəndi-aləm insanları onlar üçün yer üzündə yaratdığı nemətlərdən istifadə etməyə və şeytana qulaq asmayıb, Onun qadağan etdiklərini yeməməyə dəvət edir.

Allah möminlərə bu sözlərlə müraciət edir: “Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin! Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükr edin”. (əl-Bəqərə, 2/172).

O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, do­nuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda (başqasının malını) zorla mə­nimsəmədən və həddini aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kim­sənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!” (əl-Bəqərə, 2/173).

Yemək üçün qadağan olunan şeylər haqqında “əl-Maidə” surəsinin 3-cü ayəsində buyurulur:

Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bis­millah demədən) kəsilmiş, boğulmuş (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş – canı çıxmamış heyvanlar müstəsnadır – dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır... Kim aclıq üzündən naçar qalarsa, (çətinliyə düşərsə) , günaha meyl etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! “. (əl-Maidə, 5/3)

Habelə “əl-Ənam” surəsinin 145-ci ayəsində deyilir: (Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içəri­sində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismil­lah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddini aşmadan, zəruri ehtiya­cını ödəyəcək qədər (bunlardan yesə, Allah ona cəza verməz). Çünki sənin Rəbbin, həqiqətən, bağışla­yandır, rəhm edəndir!”. ( əl-Ənam, 6/145).

Islam ölmüş heyvan ətini, qanı, donuz ətini, Allah­dan başqasının adı ilə kəsilmiş heyvan ətini qadağan edir.



Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin