Ət və piy haqqında hədislər
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub ki, ət və piydə elə bir tikə yoxdur ki, mədəyə düşdüyü yerdə şəfa qoymasın və dərdləri oradan qovmasın.
Peyğəmbər (s.ə.v.) cənabları buyurub:
1. “Biz peyğəmbərlər ət sevən camaatıq”.
2. ”Dəvə ətini yeyin, Allahın düşməni olan yəhudilərə müxalif olan bütün möminlər onu yeyirlər”.
3. “Kim ürəyindən şikayət etsə və qəmi çox olsa, turac əti yesin”.
Həzrəti Əli (ə) buyurub:
1. “Dünyada və axirətdə ət – təamların ağasıdır”.
2. “Çəyirtkə halaldır, amma dənizdə ölmüş balıqlar və başqa heyvanlar haramdır”.
3. “Çəyirtkə və balıqların hamısı halaldır”.
Məqsəd budur ki, çəyirtkə və ovlanıb sudan xaricdə ölmüş balıq əti halaldır. Lakin dənizdə ölmüş hər bir heyvan, eləcə də balıq haramdır.
Imam Cəfər Sadiq (ə) buyurub:
1. “Hər kəs qırx gün ət yeməsə, onun xasiyyəti pisləşər. Kimin xasiyyəti pisdirsə, ona ət yedirdin. Hər kəs bir parça piy yesə (O vaxt qoyunun quyruq piyi ən çox istifadə olunan yağ olmuşdur – Ə-C.Ə), o qədər dərd onun bədənindən çıxar”.
2. “Ən yaxşı ət döş (sinə) ətidir”.
3. “Kimin ürəyində və ya bədənində zəiflik olsa, qoyun ətini süd ilə yesin”.
4. “Inəyin (öküzün) əti dərddir, piyi şəfadır, südü isə dərmandır”.
5. “Heyvanın bədənində on şey var ki, onları yemək olmaz: 1) peyin; 2) qan; 3) haram ilik; 4) dalaq; 5) vəzilər və ya “gülümlər»” 6) cinsiyyət üzvü; 7) xayalar; 8) rəhim, yəni balalıq (döl yerləşən kisə); 9) həya, yəni dəvənin balalığı; 10) övdac, yəni boyunda olan qan damarları”.
6. “Ölmüş heyvanın bədənində on şey var ki, onlar halaldır: 1) buynuz; 2) dırnaq; 3) sümük; 4) diş; 5) qursaq (şirdan); 6) süd; 7) tük; 8) yun; 9) pər; 10) yumurta”.
Yəni əgər heyvan ölmüş olsa və şəriət qaydası ilə kəsilməsə, belə meyit heyvanın bədənində yuxarıdakı on şey halaldır, amma o heyvanın əti haram, həm də murdardır. Sayılan on şey isə murdar olsa da onları pak etmək olar.
7. “Üç şey var ki, insanın bədənini söküb dağıdar, hətta bəzən öldürər: 1) qurudulmuş ət yemək; 2) tez-tez hamama girmək; 3) qoca, qarı arvadlarla evlənmək”.
8. “Hər kəs qəmli və kədərli olsa, onun səbəbini də bilməsə, turac əti yesin ki, onu sakit edər”.
Səd ibni Səd nəql edir ki, Imam Rza (ə) ilə söhbət zamanı dedim ki, bizim ailədə qoyun əti yemirlər, deyirlər ki, o səfranı artırır, baş ağrısı gətirir və bədəndə ağrılar törədir. O Cənab (ə) buyurdu: “Əgər Allah-təala yanında qoyundan əfzəl bir şey olsaydı, Ismailə onu qurban verərdi”.
Yunus ibni Bəkr nəql edir ki, Imam Rza (ə) ilə görüşdüm. O Cənab (ə) soruşdu ki, nə üçün rəngin sarıdır? Dedim ki, qızdırma məni haldan salıb. Buyurdu ki, ət yeginən. Bir həftədən sonra görüşəndə yenə rəngimi sarı görüb buyurdu ki, sənə demədimmi ki, ət ye? Dedim ki, bu həftə ərzində ətdən başqa heç nə yeməmişəm. O Cənab (ə) soruşdu ki, əti necə yemisən? Dedim ki, suda bişirib yemişəm. Buyurdu: - Kabab edib yeginən. Mən o Cənabın (ə) buyurduğuna əməl etməyə başladım. Bir həftədən sonra yanaqlarım qızarmışdı.
Ibn Ömər (A.o.r.) Peyğəmbərin (s.ə.v.) belə dediyini rəvayət edir: “Iki növ ölü və iki növ qan bizə halal edilmişdir. Iki növ ölü – balıq və çəyirtkə, iki növ qan isə qaraciyər və dalaqdır».
Əbu Vaqid Əl-Zeysi (A.o.r.) Peyğəmbərin (s.ə.v.) belə dediyini rəvayət edir: “Heyvan sağ ikən ondan kəsilib götürülmüş tikə, ölü heyvan əti kimidir”.
Peyğəmbər (s.ə.v.) bir nəfərə: “Həqiqətən Allah və Rəsulu ev eşşəklərinin ətini yeməyi sizə qadağan edir. O nəcisdir”.
Ibn Abbas (A.o.r.) dedi ki, Peyğəmbər (s.ə.v.) köpək dişli heyvanların və caynaqlı quşların yeyilməsini haram etmişdir.
Ibn Ömər (A.o.r.) deyir ki, Peyğəmbər (s.ə.v.) nəcasətlə qidalanan (cəllalə) heyvanın ətini yeməyi və südünü içməyi qadağan etmişdir.
Ibn Ömər (A.o.r.) nəcasətlə qidalanan toyuğu üç gün qapalı yerdə saxlayardı (sonra onu kəsib yeyərdi).
Rafi ibn Xədic Peyğəmbərin (s.ə.v.) ona belə dediyini nəql edir: “Qanı axıdılan və kəsilərkən Allahın adı çəkilən heyvanı ye”.
Dostları ilə paylaş: |