Toyuq və digər quş ətləri
Quşçuluqdan alınan məhsullar (yumurta və quş əti) əhalinin yüksək bioloji dəyərli qida məhsulları ilə təmin olunmasında böyük əhəmiyyətə malikdir.
Quş ətinin kimyəvi tərkibi quşun növündən, yaşından, köklük dərəcəsindən, cəmdəyin hissələrindən, quşun yemindən və bəslənməsi üsullarından asılıdır. Toyuğun və hind toyuğunun ağ ətində 22-24%, tünd ətində isə 20-23% zülal olur. Ağ ətdə (döş ətində) ekstraktlı zülalsız maddələrin miqdarı tünd ətdə (əsasən bud əti) olduğundan 1,5-2 dəfə çoxdur. Yağının tərkibi əsasən doymamış yağ turşularından ibarətdir. Quş ətində mineral maddələrdən Na, K, Ca, Mg, P, Fe, vitaminlərdən A, B1, B2, PP vardır.
Ev quşları içərisində ən çox istifadə edilənləri toyuqlar, hind toyuğu, qaz və ördəkdir.
Dostları ilə paylaş: |