Yumurta haqqında hədislər
Peyğəmbər (s.ə.v.):
1. Peyğəmbərlərdən biri zəiflikdən Allaha şikayət etdi. Allah-Təala da ona yumurta yeməyi əmr etdi.
2. Ətlə yumurta yemək cinsi qabiliyyəti artırır.
3. Əliyə (ə) etdiyi vəsiyyətindən: Ey Əli! Iki tərəfi bir-birindən fərqlənən yumurtanı ye.
Imam Əli (ə): Peyğəmbərlərdən biri ümmətinin içində nəsil azlığından Allaha şikayət etdi. Allah-Təala da ona ümmətin yumurta yeməyi əmr etməsini tapşırdı. Onlar yumurta yedilər və nəsilləri artdı.
Imam Baqir (ə):
1. Övladı olmayan şəxs çox yumurta yesin. O nəsil artırır.
2. Qamışlığa daxil olsan və orada bir yumurta görsən, iki tərəfi bir-birindən fərqlənməsə, yemə.
Imam Kazım (ə):
1. Çox yumurta yemək övladların sayını artırar.
2. Hər kəs yumurta, soğan və zeytun yağı yesə, cinsi qabiliyyəti artar.
3. Hər kəs ətlə yumurta yesə, uşağının sümüyü böyük olar.
Imam Sadiq (ə):
1. Peyğəmbərlərdən biri nəsil azlığından Allaha şikayətləndi. Allah-Təala ona əmr etdi: Əti yumurta ilə ye.
2. Yumurtanın sarısı yüngül, ağı isə ağır qidadır.
3. Üç şey kökəldir, üç şey də arıqladır. Arıqladanlar – yumurta, balıq və təzə xurma.
4. Iki tərəfi bir-birindən fərqlənən yumurtanı yemək halal, bərabər olanı yemək isə haramdır.
Imam Cəfər Sadiq (ə) cənablarından soruşdular ki, meşələrdə tapılan quş yumurtaları barəsində şəriətin rəyi nədir? Buyurdu: «Iki tərəfi bərabər olan yumurtaları yemə, tərəfləri müxtəlif olan yumurtaları ye».
Imam Rza (ə):
1. Çox yumurta yemək üzdə sızanaqların çıxmasına səbəb olur.
2. Çox yumurta yemək və ona adət etmək dalağın xəstələnməsinə və mədənin baş hissəsində yelin yaranmasına səbəb olar. Çox toxumlu yumurta yemək təngnəfəsliyə səbəb olar.
Dostları ilə paylaş: |