Balığın yeni doğulan uşaqların inkişafında rolu Omeqa-3 yağ turşuları insan beyninin və retinasının əhəmiyyətli bir tərkibi olduğu üçün, xüsusilə təzə doğulan uşaqların ehtiyacı ilə bağlı olan 10 ildə mühüm tədqiqatların mövzusu olub. Omeqa-3 xüsusilə hamiləlik dövrü boyunca və uşaqlıq dövrünün başlanğıcında beyin və sinirlərin uyğun şəkildə inkişafı baxımından çox əhəmiyyətlidir. Ana südü də təbii və mükəmməl bir omeqa-3 anbarı olduğuna görə alimlər ana südünün vacibliyini xüsusi vurğulayırlar.