Oynaqların sağlamlığına faydası Revmatizm artrit xəstəliyində (revmatizmlə bağlı oynaq iltihabı - enflamasionu) ən əhəmiyyətli risk oynaqlarda yaranan aşınmanın qarşısıalınmaz bir təxribata səbəb olmasıdır. Omeqa-3 yağ turşusu baxımından zəngin bir qidalanmanın artritin yaranmasına mane olduğu, şişən və həssas oynaqlarda narahatlığın da yüngülləşdiyi sübut olunmuşdur.
Beyinin və sinir sisteminin sağlam
fəaliyyəti üçün faydası Omeqa-3 yağ turşusunun beyin və sinir sisteminin sağlam şəkildə çalışmasında təsirləri bir çox tədqiqatlar nəticəsində təsdiq edilib. Həmçinin sübut edilib ki, balıq yağının qəbul edilməsi depressiya və şizofreniya əlamətlərini yüngülləşdirir, Altsheymer xəstəliyinin (yaddaşın zəifləməsinə səbəb olan, gündəlik yaşayış aktivliyinə mane olan bir beyin xəstəliyi) qarşısını alır. Məsələn, depressiyaya məruz qalan və 12 həftə ərzində 1 q omeqa-3 yağ turşusu qəbul edən adamlarda gərginlik, narahatlıq, kədər və yuxu problemləri kimi əlamətlərin azaldığı sübut olunub.