Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 6,87 Mb.
səhifə79/173
tarix01.01.2022
ölçüsü6,87 Mb.
#103654
növüXülasə
1   ...   75   76   77   78   79   80   81   82   ...   173
Cl.botulinum zəhəri ilə zəhərlənmədə xüsusən nərəkimilərdə müşahidə olunur. Bu da nərəkimilərin qidalanması ilə bağlıdır.

Nərəkimilərin ağzı başının altındadır. Bu səbəbdən onlar qidasının mühüm bir hissəsini su hövzəsinin dibində yaşayan xərçəngkimilər, ilbizlər və xırda balıqlar təşkil edir. Əlbəttə, onlar suyun üst qatında yaşayan xırda balıqlarla da qidalanırlar. Su hövzəsinin dibində olan qida ilə birlikdə lili də ağzına alır. Sonradan lili su ilə birlikdə xaricə buraxır, qida isə onun ağzında qalır. Lakin qida ilə birlikdə balığın mədəsinə su ilə lil də daxil olur. Bu səbəbdən çox vaxt nərəkimilərin kürüsü – «qara kürü» lil dadı verir.



Cl.botulinum yuxarıda qeyd edildiyi kimi, su hövzəsində, lildə olur. Buradan da o nərəkimilərin qidalanma vaxtı mədəsinə daxil olur.

Dünyada bəzi su hövzələrində balıqlarda müşahidə edilən Cl.botulinum 57% və hətta 82%-ə çatır.

Ilanbalığıkimilər Avropada, Şimali Asiya, Şimali və Cənubi Amerika, Atlantik okeanının şimal ­, Yeni Zellandiya, Avstraliyada yayılmışdır. Dünyada ildə 300 tondan çox ilanbalığı ovlanılır. Ilanbalıqlarının bir hissəsi ancaq şirin suda yaşayır, bir hissəsi isə keçicidir – dənizdə yaşayır, çoxalmaq üçün çaylara keçirlər.

Ilanbalığıkimilər fəsiləsinə 10-a qədər cins daxildir. Bunlardan Sakit okean, Baltika və Xəzər ilanbalıqlarını qeyd etmək olar.

Ilanbalığının ağzı dəyirmi olub, sorucu cihaz formasındadır. Ağzında çoxlu iti dişcikləri vardır.

Sakit okean və Baltika ilanbalıqları başqa balıq­ların qanı və əti ilə qidalanır. Balığın bədəninə sorulub yapışır və dişləri ilə dərini kəsərək böyük yara açır. Bu xüsusiyyətə malik olan ilanbalığı bəzən 60%-ə qədər siyənəkləri və başqa balıqların dərisini yaralayır və onların əmtəə dəyərini aşağı salır.

Başqa ilanbalıqlarından fərqli olaraq, Xəzər ilanbalığının dişləri kütdür. Lakin o da başqa balıqların bədəninə sovrulub yapışır. Xəzər ilanbalığını kəsərkən ondan çoxlu miqdarda qan axır. Xəzər ilanbalığı su hövzəsinin dibində yaşayan müxtəlif orqanizmləri və balıqların kürüləri ilə qidalanır.

Ilanbalığı qida ilə su və lili də sorur, beləliklə onun mədəsinə su və lil də daxil olur. Bu cəhətdən lildə olan Cl.botulinumun ilanbalığının mədəsinə daxilolma təhlükəsi vardır.

Bundan əlavə, ilanbalığı dənizdən Kür çayına nəsilartırma üçün gedir və uzun müddət qidalanmır. Aclıq keçirən ilanbalığının tərkibində dərin fizioloji də­yişikliklər keçir, bu da onun ətinə mənfi təsir göstərir.

Ilanbalıqları, ilk növbədə, başqa xəstə balıqların əti və qanı ilə qidalanırlar. Beləliklə onlar da xəstəliyə tez düçar olurlar.

Bəzi balıqlarda zəhərli maddələrin selikdə yığıl­ma­sına səbəb balığın öz dərisində olan xüsusi hü­cey­rələrin zəhər ayırması ilə bağlıdır. Yuxarıda qeyd olun­duğu kimi, ilanbalığı da belə balıqlardandır. Ilan­balığının dərisində yerləşən selik vəzilərinin ayırdığı zəhər insan üçün təhlükəlidir. O zəhərlənmə və yoluxan xəstəliklər törədən yaralar verir. Zəhər­lən­mə­nin əlamətləri: ürək bulanması, qusmaq, hərarətin qalx­ması, ürək fəaliyyətinin zəifləməsi, huşun itməsi və s.

Kür ilanbalığının tərkibində yağın miqdarı 31%-ə çatır. 100 il bundan əvvəl, ovlanmış ilanbalığını qurudaraq, ondan şam və məşəl kimi istifadə etmişlər. Sonralar texniki məqsəd üçün ilanbalığının yağını çıxararaq istifadə ediblər.

Naqqa xarici eybəcər görünüşünə görə başqa balıqlardan ayrılır. Bədəninin rəngi yaşadığı şəraitdən və yaşından asılı olaraq dəyişir. Ümumiyyətlə, bel tərəfdən qara, döş tərəfdən isə sarımtıl rəngdədir.

Naqqanın ağzında xırda və iti dişləri vardır. O xırda və orta ölçülü sıx torla ovlanan balıqları, xərçəngkimiləri ovlayıb yeyir. Naqqa qurbağaları da tutub yeyir. O qurbağaları səsindən tanıyır. Bu səbəbdən ona bəzən ruslar lyaquşatnik (qurbağa qabı) deyirlər. Bu balıq ac olanda suya düşən ölü heyvanlar və müxtəlif tullantılarla da qidalanır.

Naqqa dünya sularında geniş yayılmışdır. Dünyada ildə 10 min tondan çox naqqa ovlanır. Naqqalar bir yerdə yaşamağı sevirlər. Çox zaman o su hövzələrinin dibində olur. Ov vaxtı üzə çıxır və sonra həmin yerinə qayıdır. Naqqa soyuğa davamsızdır. Qış vaxtı öz yerindən çıxmır.

Naqqa və ilanbalığının bədənləri pulcuqsuz olduğu üçün onların bədəni suda müxtəlif mexaniki zədələrə uğrayır və səthində sıyrıntı, qarmaq və qırmaq yeri olur. Bu növ zədələnmiş sahələrdən balığın ətinə mikroorqanizmlər asanlıqla daxil olur və onu mikrobioloji cəhətdən təhlükəli edir.

Bundan əlavə, naqqa suya düşən ölü heyvanlarla (siçan, qurbağa, quş və s.) qidalanarkən onun mədəsinə anaerob mikroblar, o cümlədən zəhər törədicilərdən – SalmonellaCl.botulinum düşür. Məlumdur ki, ölmüş heyvanlarda Cl.botulinum güclü inkişaf edir və zəhər ayırır.

Naqqa və ilanbalığının bədəni pulcuqsuz olduğu üçün, onlar parazitlərin də təsirinə məruz qalırlar. Qoca naqqaların bədəninə, xüsusən başının üstünə müxtəlif parazitlər yapışır. Qurdlardan başqa, parazit bitkilər də bu balıqlarda müxtəlif xəstəliyin yayılmasına səbəb olur. Məsələn, göbələk Saprolegnia balığın dərisini yaralayır. Bu göbələk intensiv inkişaf edərək, balığın dərisində cücərir və dəri örtüyündən ətinə keçir.

Beləliklə, pulcuqsuz balıqlar yuxarıda göstərilən səbəblərdən təhlükəlidirlər.

Lazımınca qızardılmamış və ya bişirilməmiş, eləcə də müəyyən olunmuş temperaturda və şəraitdə saxlanılmayan balıq məhsullarında botulizm təhlükəsi böyükdür.

Kulinariya məhsullarında Cl.botulinum inkişafına və onun zəhər ayırmasına şərait yaranır. Çünki balıqda istiliyin təsirindən Cl.botulinum- a antoqonist və istiliyə az davamlı süd turşusuna qıcqırdan bakteriyalar məhv olur. Bun­dan əlavə, məhsuldan hava kənar olur və anaerob şərait yaranır. Bütün bunların nəticəsində məhsulda anaerob mikrobların inkişafı üçün əlverişli şərait yaranır.

Beləliklə, pulcuqsuz balıqlardan naqqa və ilan­balığı mikrobioloji cəhətdən təhlükəli olmasını nəzərə alaraq, onlardan qida kimi istifadə olunması mək­ruh­dur.

Nərəkimilərdə onun qidalanması ilə əlaqədar olaraq mədəsinə və ətinə Cl.botulinum düşməsi və onun zəhər ayırması bir həqiqətdir.

Bütün yuxarıda deyilənləri nəzərə alaraq bəzi təri­qət­lərdə pulcuqsuz balığı yemək haram buyrulmuşdur. Çünki pulcuqsuz balığın (əsasən ilanbalığının və naqqa balığın) bədəni suda müxtəlif zədələrə, sıyrıntı, qarmaq zədəsinə məruz qalır. Bu növ zədələnmiş yerlərdən balığın ətinə mikroorqanizmlər asanlıqla daxil olur və onu mikrobioloji cəhətdən təhlükəli edir. 1991-ci ildə Bakıda naqqa balığından kütləvi zəhərlənmə hadisəsi olmuşdu. 1999-cu ilin dekabr ayında Bakıda qaxac edilmiş nərə balığından (qəlyanaltı kimi restoranlarda verilən “balık”-dan) kütləvi zəhərlənmə olmuş və bir neçə nəfərin ölümü ilə nəticələnmişdi. Ona görə də bu balıqların insan səhhətinə zərərli olması nəzərə alına­raq, Islamda onlardan qida kimi istifadə olunması mək­ruhdur. Eyni zamanda nərəkimilərin onurğa sümüyü əvə­zinə olan qığırdağının saxlanılma zamanı xüsusi zə­hərli maddə ayırması elmi cəhətdən sübuta yetiril­mişdir. Nərəkimilər də pulcuqsuz olduğundan haram­dır. Lakin müasir elm bunları nəzərə almaqla həmin balıqların ovlanmasında, emalında və hazır məhsulun saxlanılmasında sanitariya-gigiyenik və texnoloji qaydalara ciddi əməl olunmasını tələb edir.


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin