Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu


Qeyd: Balıq haqqında yuxarıda verilən məlu­mat­lar Əliheydər Mahmudovun “Quran və şəriətdə ba­lıq”



Yüklə 6,87 Mb.
səhifə81/173
tarix01.01.2022
ölçüsü6,87 Mb.
#103654
növüXülasə
1   ...   77   78   79   80   81   82   83   84   ...   173
Qeyd: Balıq haqqında yuxarıda verilən məlu­mat­lar Əliheydər Mahmudovun “Quran və şəriətdə ba­lıq” (Bakı, 1994) kitabından istifadə olunmaqla yazılmışdır.
Balıq haqqında hədislər
Peyğəmbər (s.ə.v.):

  1. (Daim) balıq əti yemək bədəni korlayır.

  2. Daim təzə balıq əti yemək insanın ətini korlayır.

Imam Əli (ə):

  1. (Daim) təzə balıq əti yemək insanın ətini əridir.

  2. Daim balıq əti yeməyin, o bədəni korlayır.

  3. Balıq əti az yeyin ki, o bədəni zəiflədir, bəlğəmi artırır və nəfəs almağı çətinləşdirir.

  4. (Daim) balıq əti yeməyin ki, o bədəni vərəmə giriftar edər.

  5. Balıq əti az yeyin ki, onun əti bədəni zəiflədir, bəlğəmi artırır və nəfəs almağı çətinləşdirir.

Imam Baqir (ə): Bu balıq əti gözün pərdəsi üçün pisdir.

Imam Sadiq (ə):



  1. Üç şey kökəldir və üç şey arıqladır. Arıqla­dan­lar: yumurta, balıq və təzə xurma yeməyə adət etmək.

  2. (Daim) balıq əti yemək bədəni əridir.

  3. Allahın Rəsulu (s.ə.v.) balıq əti yeyəndə de­yər­di: “Allahım! Bunu bizim üçün bərəkətli et, bizə bun­dan da faydalı qidalar nəsib et”.

Imam Kazim (ə):

  1. Balıq yeyin. Əgər onu çörəksiz yesəniz, doyuzdurar, çörəklə yesəniz, həzm etdirər.

  2. (Daim) təzə balıq əti yemək bədəni xarablayır.

  3. (Daim) təzə balıq əti yemək gözlərin piyini xarablayır.

Diqqət: Daim balıq əti yeməyi qadağan edən hə­dis­lərin sənədlərinin zəif olmasına baxmayaraq, on­ların sayının çoxluğu tədqiqatçılarda həmin hədislərin sadirliyinə bir növ güman yaradır. Hərçənd ki, qəti fikir bildirmək üçün elmi və təcrübi tədqiqatın apa­rılması zəruridir.

Imam Rza (ə): Gərək…eyni vaxtda balıqla yumur­tanı yeməyəsən. Onlar bir yerdə olanda qulunc, babasil yeli və diş ağrısı yaradırlar.

“Kafi” - Səid ibn Imam Sadiqin (ə) yaxın adamla­rının birindən: Imam (ə) xurma gətizdirib yedi və dedi: “Xurma yeməyə meylim yox idi, sadəcə, balıq əti yemişdim”.

Sonra dedi: “Hər kəs axşam balıq əti yesə və onun arxasınca bir neçə xurma və ya bal yemədən yatsa, səhərə kimi iflicin əlamətləri özünü büruzə verəcək”.

Imam Cəfər Sadiq (ə) buyurub:

1. “Balıq əti çox yemək vərəm xəstəliyinə səbəb olar”.

2. “Təzə balıq əti yemək bədəni əridər”.



Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin