Məryəmin (ə) xurması
Quran ayələrindən bizə belə məlum olur ki, Həzrəti Məryəmin doğuşu yaxınlaşdıqda şəhərdən çıxaraq çöllüyə üz tutur və orada qurumuş xurma ağacının altında oturur. Bu barədə “Qurani-Kərim”in Məryəm surəsində bir neçə ayə var.
“…Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!”. (Məryəm, 19/23).
Allahdan ona belə bir vəhy gəlir:
“…Kədərlənmə, Rəbbin sənin üçün (ayağının) altından bir irmaq axıtdı (və ya bətnindəki uşağı hörmət sahibi etdi)”. (Məryəm, 19/24).
Haşiyə. Yeni il şənliklərində bəzədilən şam (yolka) ağacının üstündəki müxtəlif formalı və bəzəkli şarlar simvolik mənada meyvə gətirən xurma ağacını, yolkanın altına qoyulan bir qab su isə Allah-Təalanın xurma ağacının altından irmaq axıtmasına (su arxı şəklində) işarədir.
Bu an Ilahi möcüzə baş verir, Allahın əmrilə qurumuş xurma ağacı bar verir və Məryəmə ağacı silkələmək əmri verilir.
“(Qurumuş) xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş (xurma) tökülsün!”. (Məryəm, 19/25).
Məryəm ana Isa (ə) peyğəmbəri dünyaya gətirdikdən sonra aclıq və susuzluğunu yatırmaq məqsədilə yetişmiş xurmalardan yeyir, ağacın altından axan sudan içir.
Dostları ilə paylaş: |