Peyğəmbərin (s.ə.v.) xurma möcüzəsi Günlərin biri Həzrəti Muhəmməd (s.ə.v.) Məkkə ətrafında yaşayan qəbilələri Islama dəvət edərkən qəbilə başçıları belə şərt irəli sürürlər. Sənə yalnız möcüzə göstərəcəyin təqdirdə iman gətirəcəyik. Peyğəmbər (s.ə.v.) onlardan nə möcüzə görmələrini soruşduqda deyirlər: “Sənə yalnız o zaman iman gətirəcəyik ki, bağdakı xurma ağaclarından birini yerindən çıxarıb gəzməsini və yenidən yerinə qayıtmasını əmr edəsən”. Peyğəmbər (s.ə.v.) onların bu təklifini qəbul edib, Allahdan onların istəklərini yerinə yetirməkdə ona izn verməsini istəyir. Allahın izni ilə bir xurma ağacı yerindən çıxaraq onlara tərəf irəliləyir. Lakin müşriklər bunu sehr adlandırıb yenə də iman gətirməkdən imtina edirlər. Burada “Hər şey bir olan Allahın izni ilə baş verir” kəlamı öz təsdiqini tapır.
Məzəli əhvalat Günlərin biri Peyğəmbər (s.ə.v.) və Imam Əli (ə) bir məclisdə iştirak edir. Peyğəmbər (s.ə.v.) xurmaları yeyib, tumlarını Imam Əlinin (ə) qabağına yığır. Məclis qurtardıqdan sonra üzünü Imam Əliyə (ə) tutaraq buyurur: “Axır vaxtlar yaman çox yeyirsən ha!”.