Orucun müalicəvi xüsusiyyətləri
Müasir tibbdə ən uğurlu müalicə üsullarından biri də oruc tutmaq, yəni günün böyük bir hissəsini ac qalmaqdır. Çoxçeşidli qida məhsullarından həddindən artıq istifadə olunması, qanda şəkərin və xolesterinin çoxalmasına, bir sıra xəstəliklərin meydana gəlməsinə səbəb olur. Oruc tutmaqla insan özünü bir çox xəstəliklərdən sığortaladığı kimi, ilin bütün günlərini dayanmadan işləyən mədəsinin istirahətinə şərait yaratmış olur. Islam dinində tövsiyə olunan orucluq dəri, göz və böyrək, şəkər, revmatizm, hətta xərçəng, vəba və taun kimi ağır xəstəliklərin müalicəsinə müsbət təsir göstərir. Peyğəmbər (s.ə.v.) bu barədə nəql olunan hədisdə buyurur:
“Mədə bütün xəstəliklərin evi, imsak isə bütün dərdlərin dərmanıdır”.
“Oruc tutun ki, sağlam olasınız”.
Oruc vücudun xəstəliklərə qarşı müqavimətini artırır. Bu önəmli tibbi həqiqətin Islam dinində orucun fərz olmasını əsaslandırır. Bugünkü müasir tibb elmi orucluğu xəstəliklərə qarşı bir müalicəvi vasitə olduğunu göstərir. Oruc olan şəxsin mədəsinin istirahəti ilə yanaşı, qaraciyərin də qan təmizləmədə daha rahat işləməsinə kömək edir. Çünki yeyilmiş qidadan hasil olan qan qaraciyər vasitəsilə təmizlənir. Oruc insan bədəni üçün bir rejimdən ibarətdir. Əsas məqsədi də bəşər övladının sağlam olmasına imkan yaradır. Insan bir ay oruc tutandan sonra elə bil anadan təzə doğulan uşaq kimi sağlam olmaqla, xolesterindən, artıq yağ toxumalarından və ürək-damar təzyiqindən xəbəri yoxmuş kimi həyat sürməyə başlayır. bir müsbət cəhəti də ondan ibarətdir ki, günün müəyyən vaxtlarında (sahurda və iftarda) yeyilən qida daha yaxşı həzm olunaraq təmiz qan yaradır. Ağ qan xəstəliyinə tutulmuşların oruc tutduqları zaman onların bədənində daha yaxşı qan əmələ gəlməsi müşahidə edilmişdir. “Qurani Kərim”də buyurulduğu kimi: “Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir”.
Bəzən insanlar Ramazan ayında oruc tutarkən sahurda və iftarda daha çox qidalı, yağlı və şirin yemək fikrinə düşürlər. Lakin bu, düzgün deyil. Həzrəti Peğəmbərin (s.ə.v.) hədislərində buyurulduğu kimi: “Insan oğlu həmişə az yeyib, az içməlidir” kəlamı Ramazan ayına da çox aid edilə bilər. Çünki insan bütün günü ac qaldıqdan sonra çox yeməsi mədənin iztirabına səbəb ola bilir. Bu isə oruc tutan müsəlmanı bir müddət ağırlaşdırır. Hətta baş ağrısı, təzyiqin kəskin artması da müşahidə edilir. Ona görə də, həm sahurda, həm də iftarda doyunca yemək lazım deyil. Burada ulu Peyğəmbərimizin (s.ə.v.) bir hədisi də yerinə düşür: “Acmamış süfrəyə oturmayın, doymamış süfrədən çəkilin”. Orucluq haqqında Islam dininin bizə verdiyi bilgilərə, “Qurani Kərim”dəki Allah-Təalanın buyuruqlarına, Peyğəmbərimizin (s.ə.v.) hədislərinə, Imamlarımızın (ə) və din alimlərinin kəlamlarına riayət etməklə tutulan oruc insan səhhətinə xeyirdən başqa heç bir zərər yetirməz.
Allah dərgahında həqiqi oruc tutanlar o kəslərdir ki, Allaha xatir orucun bütün şərtlərinə əməl etsin. Orucluq adı ilə – çəki salan, selülitini əridən, pəhriz saxlayan və s. adamların orucu çox vaxt qəbul olunmur. (Amma bəlkə də qəbul olunur. Allah bilər…).
Dostları ilə paylaş: |