Hicridən üç il əvvəl Peyğəmbərin (s.ə.v.) sevimli zövcəsi Həzrət Xədicə Ramazan ayında 65 yaşında vəfat edir. Bu hadisədən üç gün sonra Imam Əlinin (ə) atası Əbu Talib 86 yaşında (başqa bir rəvayətdə 90 yaşında) vəfat edir.
Hicrətin ikinci ilində Peyğəmbər (s.ə.v.) Məkkədən Mədinəyə hicrət etdikdən 18 ay sonra Ramazan ayının on yeddisində cümə günü cihad hökmü verildi və müsəlmanlarla Məkkə müşrikləri arasında ilk müharibə baş verdi.
Hicrətin 8-ci ilində Ramazan ayının ikinci gecəsi (başqa bir rəvayətə görə onuncu gecəsi) Peyğəmbər (s.ə.v.) Məkkəni fəth etmək, yəni müşriklərdən azad etmək məqsədilə Mədinədən xaric olur. Bu hadisə baş verdiyi zaman orucluq hökmü verildiyi üçün Islam qoşunu oruc idi. Lakin Peyğəmbər (s.ə.v.) onlara iftar etmələri, yəni oruclarını sındırmalarını əmr edir.
Imam Həsənin (ə) mövludu. Hicrətin 3-cü ili Ramazan ayının 15-də Imam Əlinin (ə) böyük oğlu Imam Həsən (ə) dünyaya gəlir.
Möminlərin əmiri Imam Əlinin (ə) şəhadəti. Islam tarixində Ramazan ayında baş verən mühüm tarixi hadisələrdən biri də hicrətin 40-cı ilində Ramazan ayının 19-u günü Imam Əlinin (ə) Kufə məscidində Əbdül-Rəhman ibn Mülsəm tərəfindən zərbələnməsi (yaralanması) olur. Imam Əli (ə) iki gün sonra, yəni Ramazan ayının 21-i şəhadətə qovuşur.