Fərz olan oruclar: Ramazan ayında tutulan orucla, sonradan ödənən (qəza edilən) Ramazan orucudur.
Vacib olan oruclar: Diləmə orucu, bilərək yeyilən diləmə oruclarının ödənilməsi (qəzası) vacibdir.
Sünnət olan oruclar: Fərz və vacib olmayan oruclardır. Məhərrəm ayının 9 və 10-cu günləri tutulan oruclar kimi.
Müstəhəb olan (xeyirxah bir iş kimi) oruclar: Qəməri ayların 13, 14 və 15-ci günləri tutulan oruclar.
Məkruh olan oruclar: Novruz günü və Məhərrəm ayının yalnız 10-cu günü tutulan oruclar.
Haram olan oruclar: Ramazan bayramının ilk günü ilə, Qurban bayramının birinci 4 günləri oruc tutmaq haramdır.
Oruc tutmaq istəyən şəxslər oruc tutacağı günün axşamı və ya səhəri sübh azanından qabaq niyyət etməlidir. Niyyəti dilə gətirməsi şərt deyil, qəlbindən keçirsədə kifayət edər. Axşam və ya sübh namazından qabaq niyyət etməyi unutduqda, günorta namazına qədər niyyət edə bilərlər. Əgər niyyət etmədən bütün batil edən şeylərdən çəkinsə belə və günortadan sonra yadına düşərsə, orucu batil olar. Ramazan ayının niyyətini hər axşam səhəri gün üçün, ya da Ramazan ayının birinci axşamı bütün ay üçün etmək olar. Oruc tutmağa başlamazdan əvvəl kimin boynunda qüslü olarsa, onu almalı və sonra orucunu tutmalıdır.
Dostları ilə paylaş: |